Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1630/2021 10.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, alimentin miqdarının dəyişdirilərək 15 oktyabr 2006-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, 22 noyabr 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan övladları 15 oktyabr 2006-cı il tarixdə X5 doğulmuşdur. Quba rayon Məhkəməsinin 12 iyun 2008-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, 15 oktyabr 2006-cı il tarixdə doğulmuş X5 onun himayəsində saxlanılmış və onun saxlanılması üçün 50 (əlli) manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 15 oktyabr 2006-cı il tarixdə doğulmuş X1 üçün hər ay sabit pul məbləğində 70 (yetmiş) manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Quba rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 15 oktyabr 2006-cı il tarixdə doğulmuş X1 üçün hər ay sabit pul məbləğində 110 (bir yüz on) manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, heç bir yerdə işləmir. Uşağın ehtiyaclarını ödəməyə maddi imkanı çatmır. Ona görə də 15 oktyabr 2006-cı il tarixdə doğulmuş X1 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya bir azyaşlı uşağın saxlanması üçün təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəmişdir. Cavabdehdən ayrılqdan sonra o, yeni ailə qurmuşdur və yeni ailəsindən dörd uşağı vardır. Hər ay 175 manat ödəməyə imkanı yoxdur. Belə ki, qeyri rəsmi işləyir, gündə 12 manat qazancı olur, səhhəti və maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. İkinci ailəsindən olan uşaqlarından biri xəstədir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 904253 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Qubatova (Orucova) Nübar Orucbəy qızının birgə nikahından 15.10.2006-cı ildə X5 anadan olmuşdur. İş materiallarında olan 02 may 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 144100 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin may ayının 02 da 42 nömrə ilə qeyd edilmişdir. İş materiallarında Quba Rayon Məhkəməsinin 2(027)-2173/2017 saylı 06 iyul 2017ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 01.03.2012-ci il tarixli, 2(027)-341/2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, 15 oktyabr 2006-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2017-ci il tarixdən Cavabdeh hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Orucova (Qubatova) Nübar Orucbəy qızına verilməsi qət edilmişdir. Məhkəmə iddiçının və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 135 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 06.07.2017-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 136,6 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, azyaşlı X2 üçün Quba Rayon Məhkəməsinin 2(027)-2173/2017 saylı 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment həmin uşaqın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn (cavabdeh) üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hər ay 175 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini 135 manatdan artıq alimentin artırılması tələbi hissəsində sübut edə bilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də alimentin artırılması hazırkı qətnamənin qanuni qüvvəyə minməsi günündən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2173/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 15 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 135 (bir yüz otuz beş) manat məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 2(027)-2173/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. 15 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 135 (bir yüz otuz beş) manat məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1630/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1630/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver