Məhkəmə qərarları › İş №2(027)-1646/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1646/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1646/2021 13.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m üəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 ona dəymiş ziyana görə 3200 manat məbləğində pulun Quba rayonu, Alpan kəndində yerləşən 0,56 ha torpaq sahəsinin onun adına sənədləşdirərərk ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, X4 və Cavabdeh2 alqı-satqı müqaviləsi üçün ödənilmiş 800 manat məblğində pulun, həmin pulun vaxtında qaytarılmamasına görə dəymiş ziyan kimi (əldən çıxamış fayda kimi) 3200 manat məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək olnunla əsaslandırılmışdır ki, 2005-ci ildə Alpan kənd sakini Cavabdeh1 və Cavabdeh2 ilə torpaq alqı-satqı etmək məqsədilə Quba rayon Notariat Kontorunda sənədləşmə edilməsi məqsədilə sənədləri idarəyə verməklə onlara razılaşdığları 200 ABŞ dolları məbləğində pulu vermişdir. Notariat İdarəsində sənədləşmənin aparılması üçün ondan 800 manat məbləğində pul istəmişlər. O, həmin pulu verə bilmədiyi üçün sənədləşmə apara bilməmişlər. Bu sənədləşmənin aparılması üçün cavabdehlər heç bir təşəbbüs göstərmədilər. 2005-ci ildən bu günə kimi qardaşlar ona nə ödədiyi 200 ABŞ dolları məbləğində pulu nə də ki torpaq sahəsinin sənədləşməsini etmirlər. Cavabdehlər həmin torpaq sahəsini başqa şəxslərə satmışlar. O, həmin torpaq sahəsində əkib becərmək istəsə də cavabdehlər buna imkan vermirlər. O, pulunun qaytarılmasını cavabdehlərdən tələb etsədə, onlar pul yoxdur deyirlər. 2005-ci ildən bu vaxtadək o, əkin sahəsini əksəydi tonlarla buğda əldə edə bilərdi. Bu da hər il üçün 200 manat olmaqla, 16 ildə 3200 manat məbləğində pul edir. Cavabdehlər hazırda nə onun torpaq sahəsinin sənədlərini düzəltmir nə də ki ona olan borclarını qaytarmırlar. Ona görə də məhkəməyə nüraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, Niyaz həmkəndlisidir, Niyaz ona 200 ABŞ dolları verərək, 0,56 ha torpaq sahəsindən istifadə etmişdir. Torpaq sahəsi hazırda özünün mülkiyyətində olmaqla vergilərini də o ödəyir. Torpaq sahəsini 2005-ci ildə iddiaçıya istifadə üçün vermiş, iddiaçı da onun torpaq sahəsindən 15 il istifadə etmişdir. Sonra torpağı özünün mülkiyyətində olması barədə torpağa dair çıxarış əldə etmişdir. 2005-ci ildə torpağın iddiaçının adına keçirmək üçün Notariat Kontoruna getmişlər, iddiaçı özü notariusun yanında olmuş, nə danışdıqlarını və iddiaçıdan 800 manat məbləğində pulun kim tərəfindən istənilməsini bilmir. İddiaçının tələb etdiyi 800 manat məbləğində pulun isə onlar tərəfindən alınmadığını bildirmişdir. Həmin vaxt iddiaçı torpaqdan istifadə etmək üçün sadəcə 200 ABŞ dolları məbləğində pul vermişdir, hazırda 200 ABŞ dollarını qaytarmağa razıdır, yaxud iddiaçı 6000 manat versə torpağı ona alqı-satqı yolu ilə verə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Allahvediyev Dənyar Nəcməddin oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış izahatdan görünür ki, onlara məxsus olan pay torpağının 0,6 hektar əkin sahəsini X1 razılaşdıqları pulu ondan almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Məhkəmə təhqiqatı zamanı cavabdehlər X4 və Cavabdeh2 İddiaçı məxsus 200 ABŞ dolları, yəni hazırkı məzənnə ilə 340 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 200 ABŞ dolları məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. İddiaçı cavabdehlərin ona əldən çıxmış faydaya görə 3200 manat məbləğində zərər vurması, bu zərərlərlə cavabdehlər Allahvediyev Nofəl oğlu və Cavabdeh2 hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və həmin zərərin vurulmasında təqsirli olmasını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da əldən çıxmış faydaya görə 3200 manat tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə məhkəmə hesab edir ki, iddia, iddiaçının əldən çıxmış faydaya görə 3200 manat tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X4 və Cavabdeh2 alqı-satqı müqaviləsi üçün ödənilmiş 200 ABŞ dolları məbləğində pul (borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 alqı-satqı müqaviləsi üçün ödənilmiş 200 ABŞ dolları məbləğində pul (borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar