Məhkəmə qərarları › İş №2(027)-1647/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1647/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1647/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İ. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus dəyəri 450 manat məbləğində olan “X8 13” mobil telefonun, dəyəri 250 manat məbləğində olan nişan üzüvünün və va onların dəyərinin, həmçinin apardığı 200 manat məbləğində pulunun və mediasiyaya xidmət haqqı olaraq ödənilmiş 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 12 iyul 2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin tarixdən cavabdeh onun də yaşadığı, valideynlərinə məxsus evə gəlin köçmüşdür. Cavabdeh 2 dekabr 2024-cü il tarixində evi tərk edərək başqa bir şəxsə qoşulub evdən getməsi nəticəsində ailə münasibətləri pozulmuşdur. Hal- hazırda faktiki olaraq ayrılmışlar, bundan sonra onun belə bir insanla birgə yaşamaqları mümkün deyildir. Cavabdeh hal-hazırda valideynlərinə məxsus yuxarıda qeyd olunan ünvanda yaşayır. O, Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş Şabran rayon Məhkəməsinin icraatındadır. Cavabdeh yuxarıda qeyd olunan tarixdə evlərindən xəbərsiz gedərkən ona məxsus “X8 13,n markalı mobil telefonu, toy mərasimində ona bağışlanan qızıl nişan üzüyünü və özünün qızıl-zinət əşyalarını, həmçinin onun 200 manat məbləğində pulunu da özü ilə aparmışdır. Evdən gedərkən getməyinin səbəbi barədə məktub qoymuşdur. Həmin vaxt Heyranın atası ilə əlaqə saxladıqda, o da bunları etiraf etmişdir. İndi isə Heyran evdən apardıqlarını qaytarmaq istəmir. Cavabdehə dəfələrlə müraciət edərək onun telefonunu, ona məxsus qızıl nişan üzüyünü və 200 manat pulu ona qaytarmasını xahiş və tələb etmişdir. Amma bu müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır və yoxdur. Son müraciətində isə o ümumiyyətlə cavab vermir. Qanunvericiliyə uyğun olaraq mediasiyaya müraciət etmişdir. Cavabdehlə mediasiya prosesində də razılığa gəlmələri mümkün olmamışdır. İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 03 mart 2025-ci il tarixli arayış verilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh evdən gedərkən ona məxsus nişan üzüyünu, 200 manat pulu və ona məxsus telefonu aparmışdır. Həttda gedərkən məktub da yazıb qoymuşdur. Telefon kreditdədir, o öz adına almış, özünün şəxsi telefonudur, cavabdehə müvvəqqəti istifadə etmək üçün vermişdir. Hal-hazırda iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, nişan üzüyü və pul tələbi hissəsində iddianı qəbul edir, tələb olunan mobil telefon isə qızı Heyran üçün alınmış, onun istifadəsində olmuşdur, dəfələrələ o qızı ilə həmin telefon vasitəsi ilə əlaqə saxlamşdır. Hesab edir ki, iddiaçının həmin telefonu istəməsi əsassızdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan nikah haqqında AZ-İİ seriyalı, 517255 №-li şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında nikah 12 iyul 2022-ci ildə Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0778 № ilə qeyd edilmişdir. xx.xx.2025-cü il tarixli, MŞQ-MT-040-2025-00098 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər mediassiya prosesinin davam etdirilməsinə razı olmadığından ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat və dövlət rüsümü 30 manat məbləğində ödəniş etmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdəki sübutlardan müəyyən etmişdir ki, İddiaçı cavabdeh X4 ilə rəsmi nigahda olmuşdur. Hazırda faktiki olaraq tərəflər ayrı yaşayır. İddiaçı Cavabdeh tərəfindən toy hədiyyəsi olaraq, 250 manat dəyərində qızıl üzük bağışlanılmış, həmin əşya iddiaçının istifadəsində olmuşdur. Həmin qızıl əşyası İddiaçı mülkiyyətində olmasına baxmayaraq, onu və 200 manat məbləğində pulu cavabdeh gedərkən özü ilə aparmış, iddiaçıya qaytarmamışdır. Bu hal cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, iddiaçı “X8 13” mobil telefonu cavabdehdən alınıb ona verilməsini tələb etsə də, məhkəmə araşdırması zaman iddia ərizəsində tələb etdiyi telefonun ona məxsus olması və onun tərəfindən istifadə olunmasını sübüt edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 5.9-cü bəndinə əsasən İstehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir. Hətta fərz etsək ki, telefon həqiqətən iddiaçı tərəfindən kreditlə alınmışdır və öz adına rəsmləşdirilmişdir (bu hal da sübüt edilməmişdir) buda özlüyündə telefonun onun istifadəsində olduğunu təsdiq etmir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanunun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 250 manat dəyərində qızıl nişan üzüyü, həmin qızıl əşyası olmadıqda isə onun dəyəri və 200 manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilməlidir. İlkin mediasiya sessiyasında ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 250 manat dəyərində qızıl nişan üzüyü, həmin qızıl əşyası olmadıqda isə onun dəyəri, həmçinin 200 manat məbləğində pul və ilkin mediasiya sessiyasında ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar