Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1649/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin itkin düşmüş elan ediməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin itkin düşmüş elan ediməsi” barədə ərizə ilə müraciət edərək, 02 avqust 1984-cü ildə Quba şəhərində doğulmuş oğlu X10 2015-ci ildən itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02 iyul 1977-ci il tarixdə X15 ilə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə 02 avqust 1984-cü il tarixdə X16 adlı uşağı doğulmuşdur. X9 (Orucova) Fatimə Məhərrəm qızı ilə rəsmi nikahından xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X17 adlı övladları doğulmuşdur. Musa Orucov bir müddət onlarla birlikdə yaşasa da, sonradan ondan və digər ailə üzvlərindən xəbərsiz 16 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasından çıxıb getmiş və onlara verilən məlumata görə Suriyaya gedərək həmin ölkədə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Oğlu Musa ölkəni tərk etikdən sonra bir neçə dəfə onlarla telefon vasitəsi ilə əlaqə saxlamış, 2015-ci ilin yanvar ayında axırıncı dəfə oğlu ilə əlaqə saxlaya bilmişlər. Bundan sonra onlara zəng gələrək X18 Ərəb Respublikasında gedən döyüşlərdə öldürüldüyü barədə məlumat verilmişdir. Həmin vaxtdan bu günə kimi Musa Orucovdan heç bir məlumat ala bilməmişdir. Qeyd edilən hallar, o cümlədən Musa Orucovun 16 avqust 2014-cü ildə Azərbaycan Respublikasını tərk etdiyi, həmin tarixdən sonra bir daha ölkəyə daxil olmadığı, onun ölkə ərazisindən kənarda döyüş əməliyyatlarında iştirak etməyi Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(001)- 16766/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə də təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X13 qarşı Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 02 avqust 1984-cü il tarixdə Quba rayonunda doğulmuş X10 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədə iş materialı kimi istinad edilən "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan da göründüyü kimi X16 16 avqust 2014-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə daxil olmamışdır. X7 uzun illərdir ki, məlumat yoxdur. X20 xəbərsiz itkin düşməsindən təxminən 11 il müddət keçir. Ona görə X10 ölümünün qeydə alınması ilə bağlı Quba rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, müvafiq şöbənin məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra o Musa Orucovun ölmüş elan edilməsinə dair ərizə ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Quba Rayon Məhkəməsinin 2(027)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. Məhkəmə ərizəmin təmin olunmamasına əsas kimi onun axtarış işi açılması üçün Maraqlı şəxs1nə 2022-ci ilin noyabr ayında müraciət etməsini göstərmişdir. 5 il müddətin keçməsinin gözlənilməsi isə Musa Orucovun azyaşlı övladının qanunvericilikdə nəzərdə tutulmuş sosial təminatla bağlı hüquqlarının pozulmasına səbəb olur. Şəxsin ölmüş elan edilməyi və ya itkin düşmüş hesab edilməyi haqqında qətnamə olarsa ailə başçısını itirməyə görə sosial müavinət almaq mümkündür. Övladının yaşayış yerində onunla bağlı nəinki 2 il, 11 il ərzində heç bir məlumat olmadığı üçün o məhkəmə tərəfindən itkin düşmüş hesab edilməlidir. Bu halın müəyyən olunması azyaşlı nəvəsinin sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu Musa Orucov 10 ildən çoxdur ki, Suriyaya getmiş və 2017-ci ildə vətəndaşlığı itirmişdir. X20 ikin düşmüş hesab edilməsi sonuncunun övladının sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Suriyaya getdikdən altı ay sonra ona zəng edib oğlunun ölməsi barədə məlumat vermişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Quba rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba rayon Qedyiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X16 Ərizəçi ilə X8 birgə nikahından doğulmuşdur; AZ-İ 110826 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X2 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, akt qeydləri kitabında 204 nömrə ilə qeydiyyata alınmışdır. Nikahdan sonra qadına “Orucova” soyadı verilmişdir; AZ-İİ 178670 və AZ-İ 806983 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 X4 ilə birgə nikahından xx.xx.2006-cı il tarixdə Xədicə adlı qızı və xx.xx.2008-ci il tarixdə Ömər adlı oğlu doğulmuşdur; Quba RPŞ-nin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatına əsasən, xx.xx.1984-cü il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X10 axtarılmasına dair DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirlərinin həyata keçirildiyi qeyd olunmuşdur; Quba RPŞ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X16 2014-cü il tarixdə səbəbsiz ölkədən çıxmış, 2015-ci il tarixdə Suriya Ərəb Respublikasında ölməsi barədə xəbərini eşitmiş və həmin tarixdən etibarən onunla yaxın qohumlarının əlaqələri kəsilmişdir. xx.xx.1984-cü il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X10 axtarılmasına dair xx.xx.2022-ci il tarixli 560262 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-16766/2017 saylı 12 dekabr 2017ci il tarixli qətnaməsindən görünür ki, X10 Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir; Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 520 nömrəli arayışından görünür ki, X16 barəsində Quba rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır; Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X10 ölüm faktının müəyyən edilməsi mümkün olmamış və bunula bağlı məhkəməyə müraciət emək tövsiyyə olunmuşdur; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X16 xx.xx.2014-cü il tarixdə dövlət sərhədindən keçərək Azərbaycan Respublikasının hüdudularını tərk etmiş və geri qayıtmamışdır; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X10 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getməsi barədə əməliyyat məlumatları mövcuddur. Onların Suriya ərazisində öldürülmələrinə dair əməliyyat məlumatları əldə edilsə də, həmin ölkədəki məlum vəziyyətlə əlaqədar məlumatları rəsmi qaydada əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Qeyd edilən Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə araşdırması mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.1984-cü il təvəllüdlü X10 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getməsi və orada ölməsi ehtimal edilir. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-16766/2017 saylı 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə X10 Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilmişdir. Ərizəçi - X20 16 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasından çıxıb getdiyini, ölkəni tərk etikdən sonra bir neçə dəfə onlarla telefon vasitəsi ilə əlaqə saxladığını, 2015-ci ilin yanvar ayında axırıncı dəfə əlaqə saxladığını bildirmişdir. X16 ölkəyə qayıtmamış, olduğu yer məlum deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən başlanılır. Ərizəçinin deməsinə görə Musa Orucovdan son məlumatları 2015-ci ilin yanvar ayında əldə etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinin tələbinə görə X16 2015-ci ilin fevral ayının 1-dən hesablanmalıdır. Məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və xx.xx.1984-cü il təvəllüdlü X16 xx.xx.2015-ci il tarixdən itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Qeyd edilən Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 02 avqust 1984-cü il tarixdə Quba şəhərində X16 xx.xx.2015-ci il tarixdən itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1649/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1649/2025
07.08.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver