Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1652/2025 08.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. İddia tələbi :
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları (ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun) məbləğində pulun və tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun, həmçinin 22.000 (iyirmi iki min) manat məbləğində pulun və tərəfindən ödənilmiş 156 ( yüz əlli altı) manat dövlət rüsumunun məcburi qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh çoxdan tanıyır. O, əvvəllər sığorta şirkətində işləyirdi və müxtəlif əmlakların sığortalanması ilə əlaqədar ona köməklik göstərmişdir. Bir neçə dəfə Nicat ondan borc pul almış və aldığı pulları da vaxtında qaytarmışdır. 2022-ci ilin mart ayında Nicat ona müraciət edərək, ona təcili 20.000 ABŞ dolları pul lazım olduğunu, uzağı bir aya pulu qaytaracağını bildirdi. Yuxarıda da qeyd etdiyi kimi, Nicat bundan əvvəl də ondan dəfələrlə borc pul almış və vaxtında qaytarmışdır. Bu səbəbdən o, ona inanıb, 20.000 ABŞ dolları borc pulu ona vermişdir. Bundan sonra Nicat pulu qaytarmağı müxtəlif bəhanələrlə gecikdirdi. Hər dəfəsində o, bizneslə məşğul olduğunu, tezliklə pulunu qaytaracağını bildirirdi. Pulu alarkən Nicat ona yazılı qəbz verdi ki, ondan 20.000 ABŞ dolları borc aldı və bunu öz imzası ilə təsdiq edir. Lakin dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, hal-hazıra qədər Nicat borcunu qaytarmır.Eyni zamanda Cavabdeh xx.xx.2023-cü ildə ondan borc aldığı və bunu verdiyi yazılı izahatla təsdiq etdiyi 22000 manatın da iddia məbləğinə əlavə olunmasını xahiş etmişdir.
İş materialları :
4. xx.xx.2022-ci il tarixli iltizama əsasən Cavabdeh İddiaçı 20.000 ABŞ dolları borc pul götürmüşdür. 5.xx.xx.2023-cü il tarixli iltizama əsasən Cavabdeh 22.000 manat pulu 1-10 avqust 2023cü il tarixinə kimi İddiaçı verməsə ona məxsus “BMW” markalı və “Nissan Tida” markalı avtomobilləri sonuncunun adına rəsmiləşdirəcəyinə dair söz vermişdir. 6.xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1300 manat, xx.xx.2022-ci ll tarixli qəbzə əsasən 1030 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 800 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1850 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 900 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 750 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 600 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə 2000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 600 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 650 manat olmaqla, Cavabdeh tərəfindən Alpənah Hacıyevin kartına (4************7394) elektron ödəniş sistemi (terminal) vasitəsilə ümumilikdə 31930 manat məbləğində ödəniş həyata keçirilmişdir. 7.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kartdan karta olan köçürmə qəbzləri və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrləri əhatə edən "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 590 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 230 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1600 manat, xx.xx.2023-cü il tarixdə 2020 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1010 manat, xx.xx.2023-cü il tarixdə 2020 manat, xx.xx.2023-cü il tarixdə 303 manat, xx.xx.2023-cü il tarixdə 1010 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 10 manat olmaqla, cəmi 20043 manat məbləğində pul Alpənah Hacıyevə məxsus (4************7394) nömrəli karta köçürülmüşdür.
Tərəflərin izahatları :
8.Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan 20.000 ABŞ dolları və 22.000 manat məbləğində pul borc almışdır. İddiaçı ilə birlikdə cavabdeh tərəfindən edilmiş ödənişləri hesabladıqdan sonra, cavabdehin 3380 manat ödənilməmiş borcunun qaldığı müəyyən edilmişdir. Belə ki, iddiaçı terminal vasitəsilə və kartdan karta olan köçürmələri qəbul etsə də, cavabdehin qeyd etdiyi kimi əlbəəl qaydada verilmiş ödənişləri, yəni “whatsap” platforması üzərindən aparılan yazışmalarında qeyd edilən məbləğləri qəbul etməmişdir. Odur ki, iddia tələbinin 3380 manat hissəsində təmin edilməsi xahiş edilmişdir. 9.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçıdan aldığı 20.000 ABŞ dolları və 22.000 manat məbləğində borcu tamamilə ödəmişdir. İddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, yazılı iltizamında 20000 ABŞ dolları məbləğində pulu aldığını qeyd etsə də, 22000 manatı almasını göstərməmiş, sadəcə həmin borcun müqabilində Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
10 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
11 Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
İddia tələbinə münasibətdə məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
13. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 14 . Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
16. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan da aydın olduğu kimi tələb cavabdeh tərəfindən pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Belə ki, ilkin olaraq iddiaçı 20000 ABŞ dolları, daha sonra isə 22000 manat olmaqla, ödəniləcək tarixə Azərbaycan manatına məzənnəyə uyğun olaraq ümumilikdə 20000 ABŞ dolları=34000 manat +22000 manat olmaqla, cəmi 56000 manat məbləğində pulun tutulması tələbi ilə çıxış etmişdir.
17. Bununla bağlı məhkəməyə cavabdehin öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli əlyazmalar sübut qismində təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin sübutlar mübahisələndirilməmiş, məhkəmə iclasında verdiyi izahatda həqiqətən də özü tərəfindən yazılmasını təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli iltizamda cavabeh iddiaçıdan 20000 ABŞ doları məbləğində pul götürməsi faktını təsdiq edir. xx.xx.2023-cü il tarixli iltizamda isə 22000 manat məbləğində pulu 1-10 avqust 2023-cü il tarixədək iddiaçıya ödəməsə ona məxsus olan avtomobillərin iddiaçının adına keçirilməsinə dair söz verir.
18. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda İddiaçı iddia etdiyi pul məbləğini alması faktını təkzib etməsə də, borc məbləğinin bütünlüklə ödənildiyini iddia edərək iddiaya etirazını bildirmiş, bununla bağlı məhkəməyə həm elektron ödəmə sistemi (terminal), həm də kartdan karta edilən köçürmə yolu ilə edilmiş ödənişin həyata keçirilməsi ilə bağlı qəbzləri təqdim etmişdir.
19. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda həmin qəbzlərdə əks edilən məbləğləri mübahisələndirməmiş, həqiqətən də ödənişlərin həyata keçirildiyini qəbul etmişdir. Lakin iddiaçının mübahisələndirdiyi və ödənilmədiyini iddia etdiyi məbləğ məhz cavabdehin əlbəəl olaraq verdiyini iddia etdiyi pul məbləğlərdir. Belə ki, iddiaçının iddia etdiyinə görə cavabdehin ödənilməmiş 3380 manat məbləğində borcu qalmışdır.
20. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “G.Dadaşova” adlı şəxslə whatsap platforması üzərindən aparılmış yazışmalardan müəyyən olunur ki, Cavabdeh tərəfindən “dayı” deyə müraciət etdiyi şəxsə xx.xx.2022-ci il tarixdə 1500 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 5500 manat, xx.xx.2023-cü il tarixdə 2750 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 13700 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2013 (2023-cü il qeyd edilməli idi) 5000 manat məbləğində ödənişlər həyata keçirilmişdir.
21. İddiaçı yuxarıda sadalanan məbləğlərin ödənilmədiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazılarında İddiaçı 1500 ABŞ dolları məbləğində pul ödənilməsi faktını etiraf edir. Baxmayaraq ki, həmin 1500 ABŞ dolları ödənişinin edildiyi tarix xx.xx.2022-ci il tarixdən əvvəlki dövrü əhatə etməklə tələb edilən borc məbləğindən silinə bilməz, qeyd edilən fakt yazışmalarda “dayı” adlandırılan şəxsin həqiqətən İddiaçı olmasını təsdiq etməklə orada qeyd edilən məbləğlərin ödənilməsi faktını inkar etmir.
22. Bundan əlavə həmin yazışmalarda cavabdeh xx.xx.2023-cü il tarixdə 4500 manat ödənilməsini qeyd edir. Hansı ki, məhkəməyə təqdim edilmiş səs yazısında Cavabdeh “dayı” olaraq adlandırdığı şəxsə əlbəəl şəkildə 4500 manat məbləğində pul verməsi faktı təsdiq olunur.
23. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. 24.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır
25. Məhkəmə qeyd edir ki, “G.Dadaşova” adlı şəxslə whatsap platforması üzərindən aparılmış yazışmaların sübut qismində nəzərə alınmasında hər hansı bir qanunzidd hal mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən şəxslərin yuxarıda qeyd edilən münasibətlərin yaranmasında əlaqəli şəxslər olması müəyyən edilmişdir. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmə xərcləri :
27 Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
28 Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli