Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1653/2020 23.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 9780 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsalandırılmışdır ki, o, özünə məxsus ünvan 1 A ünvanında yerləşən torpaq sahəsində tikinti işləri aparmaq istədiyindən 2017-ci ilin may ayında hüquqi yardım almaq üçün Quba şəhərində yerləşən “Vətəndaş hüquq bürosu”nun sahibi və işçisi kimi tanıdığı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müraciət etmişdir. xx.xx.2017-ci ildə cavabdehlərin hər ikisinə birlikdə etibarnamə də vermişdir. Cavabdehlər onun işini həll edəcəklərini bildirdikdən sonra o, cavabdehlərə hissə-hissə, ümumilikdə 1780 manat pul vermişdir. Lakin sənədlərin hazırlanması üçün heç bir iş görülməmişdir. Cavabdehlər yazılı surətdə qəbz vermişlər ki, işi görməsələr onun pulunu xx.xx.2018-ci ildə qaytaracaqlar. Razılaşdıqları tarixdə onlar pulu qaytarmamışlar. Bundan sonra xx.xx.2018-ci ildə Cavabdeh2 barəsində cinayət işi açılmış və sonuncu Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-36/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Ancaq bunların heç bir nəticəsi olmamış və pulu bu günədək qaytarılmamışdır. Onun pulunun keçən müddət ərzində qaytarılmamasma görə də ona 3000 manat maddi, 5000 manat mənəvi zərər dəymişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona ümumilikdə 9780 manat zərər dəymişdir. Dəymiş zərərin əvəzi ona ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o ümumiyyətlə iddiaçını tanımır və iddiaçıdan heç vaxt pul almayıb. Ona görə də ona münasibətdə tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxdı. Məhkəmə gəlmiş tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu i tarixli 1(027)- 36/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə işlədiyi ofisdə İddiaçı 1780 manat pul müqabilində ünvan 2 A ünvanında yerləşən torpaq sahəsində tikinti işləri aparmaq üçün müvafiq dövlət orqanlarından müəyyən sənədləri alacağıadı ilə aldadaraq vahid niyyətlə 2017-ci ilin may ayının əvvəllərində 1000 manat, 2017-ci ilin iyun ayının sonunda ofisin qarşısında 300 manat, 2017-ci ilin avqust ayında ofisdə 100 manat dəyərində olan reklam hazırladaraq, həmin pulu xidmət haqqı İlə əvəz etməklə, 2017-ci ilin dekabr ayının əvvəlində ofisin qarşısında 300 manat, 2017-ci ilin dekabr ayının sonunda ofisdə 80 manat alaraq, ümumilikdə İddiaçı 1780 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin məzmununa əsasən, qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh2 tərəfindən İddiaçı 1780 manat məbləğində pulunu iddiaçının etibarından sui-istifadə edərək alıb qaytarmaması qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu i tarixli 1(027)-36/2019 saylı hökmü ilə müəyyən edildiyindən, iddia tələbi həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir. Sübuetmə yükü baxımından iddiaçı Cavabdeh1 təqsirli hərəkəti nəticəsində maddi və mənəvi zərər çəkdiyini sübut etməlidir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz tələbini Cavabdeh1 münasibətdə əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1780 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1653/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1653/2020
23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver