Məhkəmə qərarları › İş №2(027)-1657/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1657/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1657/2020 25.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********71429 olan X2 7 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 44 manat cərimə olmaqla, ümumilikdə 484 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********71429 olan X2 7 markalı telefon almış və nəticədə 484 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 666 manat (6 x 110 manat + 6 manat ilkin ödəniş) olan İMEİ Kodu **********71429 olan X2 7 markalı telefon üçün ümumilikdə 484 manat olmaqla, ondan 440 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 226 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş üzrə İddiaçı-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının teleqramı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 666 manat (6 x 110 manat + 6 manat ilkin ödəniş) olan İMEİ Kodu **********71429 olan X2 7 markalı telefon almışdır. İş materiallarında olan “İddiaçı ” MMC-yə məxsus maliyyə arayışından görünür ki, Cavabdeh 440 manat ödənilməmiş hissə, 44 manat cərimə olmaqla, ümumilikdə 484 manat borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müddətli alqısatqı müqaviləsi əsasında İddiaçı-dən kreditlə məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında ödəniş cədvəli üzrə məhsulun məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan məhsul almasına dair hüququndan istifadə etmiş, məhsulun dəyərini, həmin məbləğdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı nisyə verdiyi məhsulun dəyərini, həmin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmçinin məhkəmə hesab edir ki, müqavilə üzrə əsas borc 440 manat təşkil etdiyi halda, hesablanmış cərimə tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 44 manatdan 4 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qsmən təmin edilərək, Cavabdeh 17.04.019-cu il tarixli müqavilə üzrə 440 manat ödənilməmiş hissə, 4 manat cərimə olmaqla, ümumilikdə444 manat borc alınaraq İddiaçı-nin xeyrinə tutulmalıdır. 2 Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəməyə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il müqavilə üzrə 440 manat ödənilməmiş hissə, 4 manat cərimə olmaqla, ümumilikdə444 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar