Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1668/2021 27.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 492,7 (dörd yüz doxsan iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 3,65 (üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 496,35 (dörd yüz doxsan altı manat otuz beş qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "Rabitəbank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 1% faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 8,55 (səkkiz manat əlli beş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 492,7 (dörd yüz doxsan iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 3,65 (üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 496,35 (dörd yüz doxsan altı manat otuz beş qəpik) manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 30.05.2019-cu il tarixli ərizə-anketlərdən görünür ki, Cavabdeh 30.05.2019-cu il tarixdə müraciət edərək, ona 500 (beş yüz) manat məbləğində kreditin verilməsini xahiş etmişdir; İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh illik 1% faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmiş, sonuncu hər ayın 30-dan gec olmayaraq hər ay 8,55 (səkkiz manat əlli beş qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 06.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsi üzrə 05.07.2021-ci il tarixə 492,7 (dörd yüz doxsan iki manat yetmiş qəpik) manat əsas borc, 3,65 (üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi məbləği 496,35 (dörd yüz doxsan altı manat otuz beş qəpik) manat borcu yaranmışdır; 11.11.2020-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; 07.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı Quba filialı ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsinə əsasən, sonuncuya 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlədən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30.05.2019-cu il tarixli, QBKRK-0037 KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 492,7 (dörd yüz doxsan iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 3,65 (üç manat altmış beş qəpik) manat olmaqla, cəmi 496,35 (dörd yüz doxsan altı manat otuz beş qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1668/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1668/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver