Məhkəmə qərarları › İş №2(027)-1668/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1668/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1668/2025 16.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi”) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Quba RPŞ-nin 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən Cavabdeh VAZ 21070 minik markalı, 62BO487 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmasına görə AR İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. 2.Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən Quba rayon Zərdabi qəsəbə sakini İddiaçı məxsus Mersedes markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsində Quba rayon, Alekseyevka kənd sakini Cavabdeh idarə etdiyi Vaz 2107 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Mercedes markalı avtomobilə maddi ziyan dəymişdir.

3. "xxxx" MMC-də tərtib olunmuş xx.xx.2025-ci il tarixli ziyan aktına əsasən İddiaçı məxsus “Mercedes Benz E 240” minik markalı, “**-LS-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1.590 (bir min beş yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. 4.”Səlimxanoğlu” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 931012 nömrəli mədaxil qəbzinə əsasən avtomaşına baxış keçirilməsi məqsədilə 50 manat məbləğində ödəniş həyata keçirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1640 manat avtomobilinə dəyən zərər və məhkəmə rüsumu olaraq ödəniş etdiyi 36.40 manat rüsum olmaqla, ümümilikdə 1676.40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “MERSEDES” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci ildə, Quba şəhərində, Ə.Nərimqanov küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsində cavabdeh idarə etdiyi “VAZ-2107” markalı, 62- BO-487 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, onun avtomobilini vurmuşdur. Bu barədə Quba rayon X5 Bölməsinin polis mayoru X2 tərəfindən İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq, 40 manat cərimə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə qərar qüvvəyə minmişdir. Ona yol polisi əməkdaşları tərəfindən İXP ******* saylı İnzibati xəta haqqında protokolun, yol-nəqliyyat hadisəsi barədə sənədlərin surətləri təqdim olunmuşdur. Göstərilən sənədlərin, həmçinin qəzaya aid sənədlərin əsil nüsxələrinin Quba rayon X1ması səbəbindən, həmin sənədlərin və ya onların təsdiq olunmuş surətlərinin Quba rayon X5 Bölməsindən alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təqsirindən qəza baş verməsi nəticəsində onun avtomobilinə 1.590 (bir min beş yüz doxsan) manat ziyan dəymişdir ki, bu da "xxxx" MMC- də tərtib olunmuş ziyan aktı ilə təsdiq olunur. Avtomobilə baxış keçirilməsi və ziyan aktının tərtib olunması üçün "xxxx" MMC-nə 50 (əlli) manat ödəmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat vermiş, 1640 manat məbləğində pulun ödənilməsini tələb etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmənin ilk hazırlıq iclasında iclasında iştirakını təmin etməklə, inzibati tənbeh verilməsi barədə qərarla razı olmadığını qeyd etmiş, qəzanın onun təqsiri ucbatından baş vermədiyini bildirmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12.AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. - 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

14. Belə ki, işin mübahisəsiz halıdır ki, Quba RPŞ-nin 09 aprel 2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən Cavabdeh VAZ 21070 minik markalı, 62BO487 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmasına görə AR İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ilkin iclasda inzibati tənbeh barədə qərarla razı olmadığını, qəzanın onun təqsiri ucbatından baş vermədiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin qərarla razılaşmasa da, sözügedən qərar onun tərəfindən mübahisələndirilməmişdir.

15. "xxxx" MMC-nin dəymiş ziyanın qiymətləndirilməsi barədə aktında iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ümumilikdə 1590 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin miqdarı cavabdeh tərəfindən hər hansı qaydada münasibət bildirilməmişdir.Eyni zamanda iddiaçı avtomobilə baxış keçirilməsi məqsədilə MMC-yə ödənilmiş 50 manat məbləğində pulun da dəymiş hesablanmış məbləğlə birlikdə ödənilməsi tələbini irəli sürür.

16. Məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.

Vİ Məhkəmə xərcləri

17. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə ödənilmiş 36.40 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ Nəticə

18. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1640 manat maddi ziyan məbləği tutularaq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1640 (min altı yüz qırx) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 36.40. (otuz altı manat, 40 qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar