Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1671/2021 17.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx xxx 1984-cü il təvəllüdlü Cavabdeh ondan almış olduğu 1000 (bir min) manat pulun, 200 (iki yüz) manat maddi-mənəvi ziyanın, eyni zamanda AR MM-nin 439.3, 449.1, 449.4-cü maddələrinin tələblərinə əsasən hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında illik 10 % hesablanmaqla qətnamə icra olunan günə qədər olmaqla hesablanması və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, hal-hazırda cavabdehlə aralarında razılaşma olmasını nəzərə alaraq sənədləri geri götürmək qərarına gəldiyini, ona görə də mülki işdə olan iddia ərizəsini və ona əlavə olunmuş sənədləri əsillərilə birgə geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1671/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1671/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver