Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1675/2021 07.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Gülfidə İbrahimovanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı məhkəməyə alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(027)-705/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 22 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2003-cü ilin sentyabr ayında el adəti üzrə ailə qurmuşdur. Daha sonra nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 yanvar 2003-cü il tarixdə X11 adlı və 22 avqust 2004-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə olan problemlər səbəbindən Quba Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra uşaqların saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 24 iyun 2011-ci il tarixli, 2(027)- 703/2011 saylı qətnaməsi ilə, 19 yanvar 2003-cü il təvəllüdlü X11 və 22 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh hər ay hər uşağa görə 65 manat olmaqla, cəmi 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra qət edilmiş aliment məbləği ilə uşaqlara baxmaq çətin olmuşdur. O, alimentin artırılması tələbinə dair məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(027)-705/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 24 iyun 2011-ci il tarixli 2(027)-703/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, 19 yanvar 2003-cü il təvəllüdlü X11 və 22 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa gərə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, qət edilmiş aliment məbləği ilə uşaqlara baxmaq çox çətindir. Hazırda 19 yanvar 2003-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Qızı Rahidənin ehtiyacları günü-gündən artır. Əlavə olaraq bildirmək istəyir ki, aliment məbləği 3 il bundan əvvəl dəyişdirilmişdir. Həmin vaxtdan bu vaxta kimi artıq aliment məbləği də artmış, ölkədə ərzağa, geyimin və digər xidmətlərin qiyməti də qalxmışdır. Bundan başqa bir uşağım yetkinlik yaşma çatdığı üçün artıq cavabdeh yalnız bir uşağa aliment verir ki, onun da bir müddət sonra on səkkiz yaşı tamam olacaqdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Gülfidə İbrahimova iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olnmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 146603 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Məmməd qızının birgə nikahından 22.08.2004cü ildə X7 anadan olmuşdur. İş materiallarında olan 21 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 235454 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 06 günündə 62 nömrə ilə qeyd edilmişdir. İş materiallarında Quba Rayon Məhkəməsinin 2(027)-705/2018 saylı 04 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 24 iyun 2011-ci il tarixli, 2(027)- 703/2011 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilmiş, 19 yanvar 2003-cü il tarixdə anadan olmuş X6 və 22 avqust 2004-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşğaga görə 100 manat olmaqqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikah haqqında 05 iyun 2014-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 948796 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 05 iyun 2014-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan AZE seriyalı 11174396№li və AZE seriyalı 11174276 №li şəxsiyyət vəsiqələrindən və AZ İV seriyalı 548775 №li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından 26.01.2015-ci il tarixdə X10, 09.06.2016-cı il tarixdə X5 və 23.08.2021-ci X9 doğulmuşlar. Məhkəmə iddiçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 130 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 04.04.2018-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 154 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, azyaşlı X1 üçün Quba Rayon Məhkəməsinin 2(027)-705/2018 saylı 04 aprel 2018ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment həmin uşaqın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn (cavabdeh) üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hər ay 200 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini 130 manatdan artıq alimentin artırılması tələbi hissəsində sübut edə bilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də alimentin artırılması hazırkı qətnamənin qanuni qüvvəyə minməsi günündən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(027)-705/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 22.08.2004-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 130 (yüz otuz) manat məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X20” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(027)-705/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. 22.08.2004-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 130 (yüz otuz) manat məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1675/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1675/2021
07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver