Məhkəmə qərarları › İş №2(027)-1676/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1676/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1676/2022 31.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclər” tələbinə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq 17 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində alimentin müəyyən edilməsi, cavabdehdən uşağın əməliyyatına çəkilmiş 1500 manat məbləğində pulun, müalicəsinə sərf edilmiş 5000 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahdan 17 avqust 2019-cu il təvəllüdlü X6 adında bir qızları anadan olmuşdur. Uşaq anadangəlmə inkişaf qüsuru-Pyer Roben sindromu ilə doğulduğu üçün cavabdeh onu körpə uşaqla atmış, baxmamış, onun bu hərəkəti onların ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmiş və Quba rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş və cavabdehdən qızı İlknurun saxlanılması üçün 130 manat məbləğində aliment alınaraq ona verilməsi və uşağın 3 yaşı tamam olanadək 50 manat məbləğində yardımın tutulması qət edilmişdir. Artıq həmin vaxtdan sonra keçən bu 2 il ərzində uşağın saxlanılması minimumu artaraq 193 manat təşkil edir. O, körpə övladına baxdığı üçün heç yerdə işləmir. Bu səbəbədən də məhkəmənin qət etdiyi alimentlə övladını saxlamaqda çətinlik çəkir. Buna görə də qət edilmiş aliment artırılaraq 193 manat məbləğində müəyyən olunmalıdır. Övladında olan bu xəstəliklər üzündən uşaq daima həkim nəzarəti altında olmaqla mütəmadi müalicələr qəbul edir. Uşaqla birlikdə o, AR Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X8 İnstitutundan və Sumqayıt şəhər Uşaq Xəstəxanasında stasionar müalicələr almış, həmin müalicələr ilə bağlı həkim tərəfindən yazılmış reseptlər əsasında uşağa dava-dərmanlar almış ki, həmin dərmanlara 5000 manata yaxın xərc çəkilmişdir. Bundan başqa onun qızına “X12 Mərkəzi” tərəfindən “Sərt və yumşaq damağın anadangəlmə yarığı diaqnozu ilə bağlı “Uranoplastika” cərrahi müdaxiləsi aparılmış və bu məqsədlə həmin tibb müəssisəsinə 1500 manat məbləğində pul köçürülmüşdür. Lakin bütün bu müalicələrin heç birində cavabdeh köməklik göstərməmişdir. O, hətta müalicələr aparılan vaxt cavabdehdən qızıl-zinət əşyalarını verməsini xahiş etmiş, məqsədi həmin qızılları satıb övladını müalicə etdirmək olmuşdur. Lakin cavabdeh qızıllarını verməmiş, o, məhkəmədə bununla bağlı iddia qaldırmış, cavabdeh onun qızılları apardığı barədə yalan izahat vermişdir. Onun məhkəmə qətnaməsindən verdiyi kassasiya şikayəti tələb olunan məbləğin 5000 manatdan az olması səbəbindən qeyri-mümkün hesab olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim olunmuş müalicə sənədlərinin uşağa aid olmadığını və iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, səhhətində yaranmış problemlə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan “İmplant” X10 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X4 “sərt və yumşaq damağın anadangəlmə yarığı” diaqnozu ilə “Uranoplastika” cərrahi müdaxiləsi aparılmış və pasient cərrahi müdaxilə üçün 1500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan müxtəlif tarixlərə aid olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 17 avqust 2019-cu il təvəllüdlü X2 müalicəsi üçün 583,85 manat dəyərində dərman pereparatlarından istifadə olunmuşdur. İş materiallarında olan Quba RMX X13 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Paşaoba kəndində qeydiyyatda olan, xx.xx.2019-cu il təvəllüdlü X1 dəfə “İTS” proqramı üzərindən Quba RMX-na xx.xx.2022-ci il tarixində “ASM”-də həkimpediatrına müraciət etmiş və müvafiq tibbi xidmət göstərilmişdir. J06.9 (yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası) diaqnozu təyin edilmişdir. Təqdim edilmiş retsept blanklarına baxış keçirilmiş, retsept blanklarının bəziləri Quba RMX-nın ASM-nin həkimi Aynurə Əzizbəyovaya aiddir və uşaq üçün yazılmışdır. Bundan başqa, digər retsept vərəqələrin də, uşaq üçün yazılan dərmanlardan ibarətdir. İş materillarında olan Quba rayon Məhkəməsinin 2(027)-1284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Quba regional “ASAN xidmət” X5 tərəfindən həmin tarixli 0159 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaq anası İddiaçı himayəsində qalmış və nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ayuşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyacının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini və həmçinin uşağın səhhəti ilə əlaqədar daima müalicədə olmasını nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-1284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün 180 manat abit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. Bundan başqa, İddiaçı cavabdehdən uşağın əməliyyatına çəkilmiş 1500 manat məbləğində pulun, müalicəsinə sərf edilmiş 5000 manat məbləğində vəsaitin alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən 17 avqust 2019-cu il təvəllüdlü X2 müalicəsi üçün 583,85 manat dəyərində dərman pereparatlarından istifadə olunmuş və X4 “sərt və yumşaq damağın anadangəlmə yarığı” diaqnozu ilə “Uranoplastika” cərrahi müdaxiləsi aparılması zamanı pasient cərrahi müdaxilə üçün 1500 manat məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçının məhkəməyə təqdim etdiyi reseptlərin uşağa aid olmadığını qeyd etsə də, Quba RMX X13 xx.xx.2022-ci il tarixli məktubu ilə, təqdim edilmiş retsept blanklarına baxış keçirilən zaman retsept blanklarının bəziləri Quba RMX-nın ASM-nin həkimi Aynurə Əzizbəyovaya aid olduğu və uşaq üçün yazıldığı, digər retsept vərəqələrin də, uşaq üçün yazılan dərmanlardan ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdə hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.2-cibəndindəməhkəmələrəizahedilmişdirki,uşağınAzərbaycanRespublikasının qanunvericiliyi il müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin)müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il təvəllüdlü X2 cərrahi əməliyyatı və müalicəsi üçün iddiaçı tərəfindən ümumilikdə 2083,85 manat məbləğində pul xərclənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 cərrahi əməliyyatı və müalicəsi üçün xərclənmiş 2083,85 manat məbləğində vəsaitin yarısı, yəni 1041,92 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 cərrahi əməliyyatı və müalicəsi üçün xərclənmiş 2083,85 manat məbləğində vəsaitin yarısı, yəni 1041,92 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar