Məhkəmə qərarları › İş №2(027)-1680/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1680/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1680/2023 18.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142211 olan hesaba 120,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddia ərizəsi üzrə icraata baxılmamış saxlanıldığı üçün İddiaçı tərəfindən 2(027)-1680/2023 saylı mülki iş üzrə məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142211 olan hesaba ödənilmiş 120,60 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 2(027)-1680/2023 saylı mülki iş üzrə məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142211 olan hesaba ödənilmiş 120,60 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar