Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1682/2023 14.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. 2022-ci ilin fevral ayında cavabdeh ona yaxınlaşıb təcili 5.000 manat pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Aralarında inam və etibar olduğundan, cavabdehə ev almaq üçün topladığı puldan 5.000 manat pulu ona borc olaraq verməyə razılıq verib. Cavabdeh xx.xx.2021-ci ildə 5.000 manat pulu ondan almışdır. Həmin pulu alması və iki aya qaytaracağı barədə borc müqaviləsi tərtib etmişdir. Cavabdeh aldığı 5.000 manat borc pulu iki aya qaytaracağına söz versə də, pulu qaytarmamışdır. Hazırda cavabdeh telefon zənglərinə, rəsmi müraciətinə baxmayaraq pulu ödəməkdən yayınmış və borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, o Şaiqi yaxından tanımır, bir neçə dəfə onu “Azpetrol”da avtomobilinə yanacaq vurarkən işlədiyini görmüşdür. Bir dəfə də o Sima xanımın evində işləyəndə ora gəlmiş, Sima xanımın ona 5000 manat pul verdiyinin şahidi olmuş, hətta Sima xanım pulu verəndə onu Şaiqə şahid kimi də təqdim etmişdir. borcu nə vaxt qaytarcağı barədə isə məlumatı olmamışdır. O sadəcə Şaiqə 5000 manat pul verildiyini görmüşdür. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan əlyazma qəbzdən göründüyü kimi, Cavabdeh İddiaçı 04 fevral 2022-ci il tarixində 5000 (beş min) manat pulu aldığını, həmin pulu 04 aprel 2022-ci il tarixində qaytarcağını, o pulu X2 şahidliyi ilə aldığını etiraf etmiş və şəxsiyyət vəsiqəsinin surətini qoyaraq, ərizəni imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 70 (yetmiş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında borc barədə razılıq əldə olunmaqla iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində borc verilmiş və cavabdeh həmin pulu 02 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Bu halı tərəflər müvafiq qeydlərlə təsdiq etmişlər. Əhmədov X1 Sima Eldar qızına öhdəliyin təsdiqi üçün borc sənədi vermiş, Ə.Əhmədov borcu icra etmədiyindən, İddiaçı həmin sənədi qaytarmamış və hər hansı məbləğ ödənilmədiyindən, verilmiş sənəddə icranın qismən belə təsdiqinə dair qeyd müəyyən edilməmişdir. Göründyü kimi, borcu vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat borc və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1682/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1682/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver