Məhkəmə qərarları › İş №2(027)-1685/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1685/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1685/2024 17.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borcunun əvəzinə ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Beynalxalq Bankı ASC arasında 553-xx.xx.2014-SM7 saylı xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən ödədiyi 2515.11 (iki min beş yüz on beş) manat pulun və 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığım Cavabdeh tanıyıb. Sonradan cavabdeh Bankdan kredit götürməsi məqsədi ilə zamin durmağı xahiş etmidir. O zaman Cavabdehla yaxşı münasibətdə olduğundan onun təklifinə razılıq vermişdir. Ona görə Cavabdeh ilə "xxxx" ASC arasında 553-xx.xx.2014-SM7 saylı xx.xx.2014-cü ildə 36 aya illik 22% olmaqla 7000 (yeddi min) manat kredit götürmüş və o həmin kredit müqaviləsi üzrə Xəəlilov Əfsuna zamin durmuşdur. Cavabdeh kredit borclararının bir hissəsini ödəniş etmiş, lakin sonradan kredit ödənişlərini ödəməkdən imtina etdiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəmsinin xx.xx.2016-cı il tarixli 2(003)- 3940/2016 saylı Məhkəmə Əmrinə əsasən Cavabdeh və ondan- İddiaçı 3580.74 manat Kredit borcu və 50.03 manat faiz borcu, cəmi 3630.77 manat kredit borcunun və 20 manat dövlət rüsumunu birgə qaydada tutulması əmr edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli Fərmanı ilə İcra işi ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus Problemli Aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cii maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015 il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-yə məxsus Problemli Aktivlərin tələb hüququ Aqrakredit” Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İş üzrə İcra Vərəqəsi verilmiş və kredit borcunun ödənilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə həvalə edilmişdir. Sonradan kredit borcunun ödənilməsi üçün əsas Cavabdeh yaşadığı Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin, Cavabdeh Kredit borcunun ödənilməsindən imtina etdiyi üçün, İcra Vərəqəsi əsasında Kredit borcunun ondan tutulması qərara alınmış və İcra Şöbəsi borcun ödənilməsi üçün onun iş yerinə "xxxx" MMC-nə icra vərəqəsi göndərilmiş və ondan 2023-cü ildə aylar üzrə 1328.22 manat və xx.xx.2024-cü il tarixində isə Cavabdeh borcunun bağlanması üçün 1100 manat pul ödəmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 34 №li Arayışa əsasən 2023-cü ilin may, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə 1328.22 manat ödənişlər etmiş, eyni zamanda xx.xx.2024cü il tarixli Qəbzlə 1100 manat pul ödəmişdir. Həmçinin, Xəzər rayon İcra şöbəsinə 7%-li ödənişlər etmişdir. Cavabdehin banka olan kredit borcu üzrə ümumilikdə - 2515.11 manat pul ödəmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 834 №li məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə güzəşt edilmiş və idarə edilməsi “X2 Edilməsi Agentliyi ” MMC-də olan, xx.xx.2014-cü il tarixli 553-xx.xx.2014-SM7 saylı Kredit müqaviləsi ilə Sizə verilmiş kredit ödənilmişdir və hal- hazırda xx.xx.2014-cü il tarixli 553-xx.xx.2014-SM7 saylı kredit müqaviləsi üzrə heç bir borcunuz yoxdur. Beləliklə, Cavabdeh Bankdan götürdüyü krediti tam ödəmiş, ona görə də hazırda Cavabdeh onun əvəzinə banka ödədiyi pulu reqres qaydası ilə ona qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəmsinin xx.xx.2016-cı il tarixli 2(003)-3940/2016 saylı Məhkəmə Əmrinə əsasən xx.xx.1985-cı ildə Quba rayonu, Alpan kəndində doğulmuş, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan Cavabdeh və xx.xx.1967-ci ildə Ağsu rayonunda doğulmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq Dayanacağı, Keçid 1349, Yataqxana 2 ünvanında qeydiyyatda olan İddiaçı birgə qaydada 3580.74 manat məbləğində əsas borc, 50.03 manat məbləğində faiz borcu olmaqla, cəmi 3630.77 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Xəzər rayon İcra Şöbəsinin "xxxx" MMC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatından məlum olur ki, icra sənədi üzrə borcun qalıq qalmış 2482 manat hissəsinin ödənilməsini təmin edilməsi məqsədilə İddiaçı əmək haqqından 1241.33 manat tutulub qurtarana qədər hər ay 50% olmaqla, "xxxx" ASC-nin məlumatda göstərilən hesabina ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun icra ödənişinin alınması haqqında xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Xəzər rayon Məhkəmsinin xx.xx.2016-cı il tarixli 2(003)-3940/2016 saylı icra sənədinin məcburi icra edilməsi və icra tam başa çatdıqdan sonra ödənilməli olan məbləğin 7% -i Dövlət Xəzinədarlıq aqentliyinin hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 34 saylı arayışından görünür ki, İddiaçı 2023-cü il də aylıq əmək haqqından may, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə 1328 (bir min üç yüz iyirmi səkkiz) manat 22 (iyirmi iki) qəpik "xxxx" ASC-nin hesabına və əlavə olaraq 86.89 manat (7% icra ödənişi) tutulmuşdur. “X2 Edilməsi Agentliyi” MMC-nin X3 görünür ki, 28 fevral 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdeh borcunun tam bağlanılması üçün 1100 (bir min yüz) manat ödənilmişdir. “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 834 saylı məlumatında bildirilir ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə güzəşt edilmiş və idarəetməsi “X2 Edilməsi Agentliyi” MMC-də olan, 02 iyul 2014-cü il tarixli 553-xx.xx.2014-SM7 saylı kredit müqaviləsi ilə Sizə verilmiş kredit ödənilmişdir və hal-hazırda 02 iyul 2014-cü il tarixli 553-xx.xx.2014- SM7 saylı kredit müqaviləsi üzrə heç bir borcunuz yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdehyla bank arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə kredit verilmişdir. Həmin öhdəliyin icrasının təminatı qismində bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin bank qarşısında yaranmış borc öhdəliyinin 2515.11 manat hissəsi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 2515 (iki min beş yüz on beş) manat 11 (on bir) qəpik və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2515 (iki min beş yüz on beş) manat 11 (on bir) qəpik və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar