Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1687/2024 22.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(027)- 1019/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından olan 04 sentyabr 2009-cu il təvəllüdlü X4 və 24 sentyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğin xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 04 sentyabr 2009-cu il təvəllüdlü X8 və 24 sentyabr 2012-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş övladları ilə maraqlanmadığı və onlara baxmadığı üçün o “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1019/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(027)-220/2021 saylı qətnaməsi ilə cavabdehin iddiası təmin edilmiş, cavabdehlə aralarında olan 20 avqust 2008-ci il tarixli Quba rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 258 nömrəli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş övladları onun himayəsində saxlanmış və alimentlə bağlı Quba Rayon Məhkəməsinin 2(027)-1019/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin olmasının nəzərə alınması qət edilmişdir. Qeyd etmək istəyir ki, uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. Övladları təhsilləri üçün əlavə ödənişli 4 (dörd) məşğələyə gedir. Gələn ildən məşğələlərin sayı artaraq 6 (altı) olacaq. Oğlu Elcan dermoid kista səbəbindən əməliyyat olunub və hal-hazırda müalicəsi davam edir. Bu əlavə xərcləri onun valideyinləri qarşılayır. Qeyd etmək istəyir ki, qızı Fidan da xəstədir. Ona skalioz dioqnozu qoyulmuşdur. Hazırda qızı Fidan mütəmadi olaraq müayinə və müalicələr alır və əlavə olaraq üzgüçülük dərslərinə gedir. Cavabdehin aylıq qət edilən 340 (üç yüz qırx) manat alimentdən başqa heç bir nə maddi, nə də mənəvi dəstəyi yoxdur. Qət edilmiş aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda qət edilmiş aliment miqdarı ilə uşaqlara baxmaq çətindir. Onların təhsillə bağlı xərcləri də vardır. O, bir ana kimi təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Onun kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədikləri üçün ona ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 07 mart 2024cü il tarixli, MSQ-MT-027-2024-0715 nömrəli arayış verilmişdir. Ona görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər bir halda alimentin artırılması zamanı onun maddi, ailə vəziyyəti, uşaqlarının yaşı, ölkədə dolanışıq vəziyyəti nəzərə alınmaldır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub- olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin qətnaməsi ilə iki uşaq üçün müəyyən olunmuş 340 manat alimenti hər ay vaxtlı vaxtında ödəyir. 1 nömrəli Regional Sukanal İdarəsinin rəhbərlik yanında aparatın energetiki vəzifəsində işləyərək, 740 manat əmək haqqı alır. Lakin iddiaçının tələb etdiyi 470 manant alimenti hər ay ödəməyə maddi imkanı çatmır. Belə ki, ağciyər arteriyalarının trombozu, sol dizaltı və baldır venalarının postrombotik sindromu ilə müalicə alır. Bununla əlaqədar "xxxx" Quba filialından 4000 manat, Rabitə Bank ASC-nin Quba filialından 1200 manat kredit götürmüşdür. Hər ay X18 filialına 222 manat, Rabitəbank ASC-yə isə 106 manat kredit borcu ödəyir. Bundan başqa hər ay Quba rayon məhkəməsinin qətnaməsi ilə qət edilmiş 340 manat alimenti ödəyir. Əmək haqqından 72 manat pul qalır. Onun daima həkim müayinəsindən keçməyə və müalicə almağına ehtiyac vardır. Hər ay 100 manat dəyərində xarelto adlı dərman preparatını qəbul edir. Açıq-aşkar görünür ki, o öz maddi tələbatlarının qarşılanmasında çətinlik çəkir. Bundan başqa bildirir ki, İddiaçı litseydə işləyərək, yüksək əmək haqqı alır. Ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hər iki valideynə münasibətdə qəbul edilmiş məbləğdir. Bir mənalı şəkildə uşağın saxlanılması hər iki valideynin borcu və valideynlik vəzifəsi olduğundan, uşaqların maddi ehtiyaclarının və uşaqların yaşayış minimumunun qarşılanmasında da hər iki valideyn iştirak etməlidir. Lakin iddiaçı uşaqlarının saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında iştirak etməyərək, iş yerini və aldığı əmək haqqı məbləğini gizləyərək, uşaqların saxlanılması üçün tələb olunan yaşayış məbləğinin yalnız onun tərəfdən qarşılanması üçün alimentin artırılmasını tələb edir. Alimentin miqdarı artırılaraq 470 manat olacağı təqdirdə onun üçün ağır maddi məhrumiyyətlər yaradacaqdır. Ona görə də İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, etirazda göstərilənlərlə razı deyildir. Belə ki, məhkəmə qətnaməsi ilə hər uşağa təyin olunmuş 170 manat aliment məbləği uşaqların bir aylıq təlabatnı belə ödəmir. İddiaçı uşağların saxlanmasında çətinlik çəkir. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, alimentin artırılmasına etiraz edir. Belə ki, aliment borcu yoxdur. Özü ağ ciyər xəstəsidir, daimi müalicə olunur, dərman qəbul edir. Bununla əlaqədar Xalqbankdan 4000 manat və Rabitəbankdan 1200 manat kredit almış, hər ay kredit borcu ödəyir. Hazırda işləsə də, növbəti aydan ixtisara düşməsi barədə işlədiyi idarədən rəsmi məktubda almışdır. Alimnetin iki uşağa görə 340 manat saxlanmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 346154 №-li və AZ-İİ 969116 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X11 və xx.xx.2012-ci il tarixdə X7 doğulmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1019/2020 saylı qətnaməsindən görünür ki, 06 may 2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X8 xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmalaq, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Quba şəhər Mehrab Niftəliyev adına texniki Təmayüllü Liseyin 31 may 2024-cü il tarxili 490 №li arayışından görünür ki, X1 şəhər Mehrab Niftəliyev adına texniki Təmayüllü Liseyin Azərbaycan bölməsi üzrə İX sinifində təhsil alır. İş materiallarında olan Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəb-liseyin 3 iyun 2024-cü il tarixli 2567 arayışından görünür ki, X7 həmin liseyin Vİ sinifində oxuyur. İş materiallarında olan Epikrizdən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 “pararektal sviş, büzdümün dermoid kistası” diaqnozu təyin edilmişdir. İş materiallarında olan "xxxx" Hospital MMC-nin xx.xx.2024-cü il tarixli 560№li arayışından görünür ki, X8 xx.xx.2023-cü ildən aprel 2024-cü ilədək OKİ Hospitalında stasionar müalicədə olmuşdur. İş materiallarında olan Epikrizdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 İİ dərəcə skalyoz diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixindək “X14 Medical Sanatorium” da müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X9 X10 Çıxarış Epikrizindən görünür ki, Cavabdeh ağciyər arteriyalarının trombozu. Sol dizaltı və baldır venalarının postrombotik sndromu diaqnozu təyin edilmişdir. İş materiallarında olan 1 №li Rgional Sukanal İdarəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən 1№li Regional Sukanal İdarəsində Energetik vəzifəsində işləyir, əmək haqqından hər ay 340 manat aliment pulu tutulur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-0715 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştriak etmişlər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1019/2020 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 235 manat olmaqla, iki uşağa cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1019/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin yüksək qazanca malik olmasını və ona görə də hər uşağa 235 manat olmaqla, iki uşaq üçün hər ay 470 manat aliment təyin edilməsinin zəruri olduğunu göstərsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkməyə təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırdığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1019/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa cəmi 360 (üç yüz altmış) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1687/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1687/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver