Məhkəmə qərarları › İş №2(027)-1694/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1694/2025

31.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1694/2025 31.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin onun mülkiyyətindən istifadəsində yaratdığı maneələrin aradan qaldırılması və cavabdehə məxsus əşyaların tikilidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyaların çıxarılması və mülkiyyətindən istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, eləcə də, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il qətnaməsi ilə iddiası təmin edilmiş, İddiaçı Cavabdeh Şamailnovnaya qarşı Quba rayonu, X2 Zaxaryayev küçəsi, ev 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyərinin 16.000 manat müəyyən edilərək, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh məxsus olan 1/8 hissəsinin 2000 manat kompensasiya ilə əvəz edilməsi qət edilmişdir. Cavabdeh verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3171/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh Şamailnovnaya qarşı ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin Cavabdeh məxsus olan 1/8 pay hissəsinə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3922/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. Hazırda ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 dekabr 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətindir. Qeyd edir ki, hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan 0.03 ha həyətyanı torpaq sahəsində atası sağlığında tikdiyi qanunsuz əlavə tikili vardır. Cavabdeh yaşayış evindən kompensasiya almasına baxmayaraq, hələ də onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindəki qeyd etdiyi qanunsuz tikiliyə özünə məxsus artıq əşyalarını yığaraq, qəsdən tikilinin qapısını kilidləməklə ona mülkiyyətindən istifadə etməyinə maneələr yaradır. Belə ki, o yaşayış evini və həyətdə olan qanunsuz tikilini sökərək, özünə yeni yaşayış evi inşa etmək istəyir. Lakin cavabdehin artıq əşyalarını tikiliyə yığması və qapını kilidləməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması və pozulması ilə nəticələnir ki, cavabdehin qanunsuz hərəkətləri səbəbindən yaşayış evinin tikintisinə başlaya bilmir. Belə ki, o mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh özü isə başqa ünvanda yaşamaqla daimi yaşayış yeri vardır. Lakin bilərəkdən onun mülkiyyət hüquqlarını pozur. Dəfələrlə cavabdehə belə qanunsuz hərəkətlərinə soy qoymasını bildirsə də, sözlərinə məhəl verməmiş və hal-hazırda da öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. Cavabdehin onu şərləyə və böhtanlaya biləcəyindən ehtiyat edərək, əlavə tikilinin kilidini qırıb cavabdehin əşyalarını çıxara bilmir. Qanunvericiliyin tələbinə əsasən hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır, cavabdehə məxsus əşyalar hazırda ona məxsus tikilidədir. Qeyd edir ki, həmin əşyalar onun mülkiyyətində olan əmlakında yerləşdiyindən o mülkiyyətindən rahat istifadə edə bilmir. Həmin əşyaların onun mülkiyyətində olan tikilidən çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3171/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh Şamailnovnaya qarşı ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin Cavabdeh məxsus olan 1/8 pay hissəsinə 10.000 (on min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3922/24 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 28.5 m2 sahəli fərdi yaşayış evinə dair İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********35-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, X2 Zaxaryayev küçəsi ev 1 ünvanda yerləşən, 0,030018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Şomalioviçin adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamailoviç hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3922/24 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Quba rayonu, X2 Zaxaryayev küçəsi ev 1 ünvanda yerləşən, 0,030018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Şomalioviçin adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh əmlaklarının İddiaçı Şomalioviçin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki əlavə tikilidə saxlanması üçün heç bir hüquqi əsas yoxdur və həmin əşyalar cavabdeh tərəfindən həmin tikildən çıxarılmalıdır. Həmin əşyaların heç bir qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən əlavə tikilidə saxlanması İddiaçı həmin tikiliyə tam şəkildə sahiblik etməsi və tikildən istifadə etməsinə maneələr yaratmaqla mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olubolmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Məhkəmə qərarları ilə eyni zamanda xx.xx.2024-cü il tarixli Çıxarışla iddiaçının həmin torpağa və üzərində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ təsdiq edilir. Mülkiyyət hüququnun əsas elementlərindən olan Sahiblik institutunun mülki hüquq münasibətlərində əsas funksiyalarından biri məhz cəmiyyətdəki nizamı və sosial sülhü qorumaqla bağlıdır. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Bu səbəbdən Mülki Məcəllənin 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Onun əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər hədəddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İş üzrə Cavabdeh tərəfindən iddia predmetini təşkil edən əşyalarının İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan tikilidə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə məxsus sözügedən əşyaların heç bir hüquqi əsas olmadan iddiçaıya məxsus torpaq sahəsində yerləşən tikilidə qalması, iddiaçının həmin tikiliyə istədədiyi kimi sahiblik etməsi, ondan istifadə etməsi və ona dair sərəncam verməsinə maneçilik yaratmaqla, sahiblik, istifadə və sərəncam hüquqlarını pozur ki, həmin pozuntu da aradan qaldırılmalı və İddiaçı qeyd edilən tikiliyə sahiblik, istifadə və sərəncam hüquqları olmaqla, mülkiyyət hüquqları tam şəkildə bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədəndə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X1rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyalar çıxarılmalı, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindəki əlavə tikilidən cavabdehə məxsus əşyalar çıxarılsın. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar