Məhkəmə qərarları › İş №2(027)-1695/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1695/2025

16.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1695/2025 16.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961-ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun 18 dekabr 1993-cü ildə vəfat etmiş X4 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961- ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun 18 dekabr 1993-cü ildə vəfat etmiş X4 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və ödənilmiş 400 manat məbləğində hüquqi yardım xərcinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının X1ndan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Bununla bağlı X1nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961-ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid passport mövcuddur. X1 xx.xx.1993-cü ildə vəfat etmişdir. O, qeyd edilən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmişdir. Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilən məktubdan da göründüyü kimi o, xx.xx.1993-cü il tarixdə vəfat etmiş atası Nəmət Əlixanovun qanun üzrə vərəsələri sırasına daxildir. O, hal- hazırda vərəsəlik hüququnu reallaşdırmaqla bağlı atasından miras qalmış əmlaka dair mülkiyyət hüququnun ölən şəxsə məxsus olmasına dair arayış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Verdiyi ərizə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşı torpaq sahəsini və fərdi yaşayış evini müayinə etmək üçün getsə də, cavabdehlər müayinə işlərinin həyata keçirilməsinə maneə olmuşlar. Ona görə də ərizəsinin icrasından imtina olunmuşdur. Göründüyü kimi cavabdehlər heç bir əsas olmadan evi və torpaq sahəsini müayinə etməyə, bununla da onun vərəsəlik və mülkiyyət hüququnu həyata keçirməyə hər vasitə ilə maneə olurlar. Aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmir. Ona görə də cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçıun nümayəndəsinə ünvanlanmış 17 fevral 2025-ci il tarixli məktubla bildirilmişdir ki, Quba şəhəri ərazisində yerləşən fərdi yaşayış evinin mərhum X4 məxsus olması haqqında ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciətə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət edilən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. AR ƏN Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 06 noyabr 2024-cü il tarixli, 4593 saylı məktubla bildirilmişdir ki, 06 noyabr 2024-cü il tarixli V-982 reyestr nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi sırasına daxildir. A3 seriyalı ******* saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1964cü il tarixdə doğulmuşdur, X1dur. İİ-ЖГ seriyalı 452571 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 18 dekabr 1993-cü il tarixdə vəfat etmişdir. X4 Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961-ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa . maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından müəyyən olunur ki, iddiaçının X1na Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961-ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport verilmiş, şəxsin 18 dekabr 1993-cü il tarixdə vəfat etməsindən sonra ona məxsus olan müvafiq daşınmaz əmlaklar miras qalmışdır. İddiaçı da eyni zamanda X3 qanun üzrə vərəsəsi sırasına daxildir. Lakin hazırda həmin daşınmaz əmlaklarla bağlı tərəflər arasında mübahisə mövcud olduğundan, mülkiyyət hüquqlarının qeydə alınmasına maneələr mövcuddur. İddaçının hazırki tələbinin əsasını fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun 18 dekabr 1993-cü ildə vəfat etmiş X4 məxsus olması barədə müvafiq arayışın verilməsi, daha sonra isə paylara uyğun olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər tərəfindən maneələrin yaradılması təşkil edir. Məhkəmə cavabdehlər tərəfindən yaradılan maneələrin əsassız olması qənaətinə gəlməklə iddiaçının gözlənilən mülkiyyət hüququna edilmiş müdaxilənin onun konstitusion hüququnun pozulmasına səbəb olmasını bildirir.Belə ki, tələbin məzmunundan da aydın olduğu kimi, iddaçının istəyi mərhum atasının adına müvafiq arayışın alınmasını təmin etməklə, özünə məxsus olan payın müəyyən edilməsinə şərait yaradılmasından ibarətdir. Qeyd edilməlidir ki, mərhum şəxsin adına arayışın verilməsi, digər şəxslərin, yəni cavabdehlərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməyəcəkdir. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə, məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İddiaçı eyni zamanda hüquqi yardıma görə ödənilmiş 400 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, yuxarıda sadalanan xərclər cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 fevral 1961-ci ildə tərtib edilmiş və 1580 inventar nömrə ilə qeydə alınmış şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun 18 dekabr 1993-cü ildə vəfat etmiş X4 məxsus olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən müvafiq arayışın verilməsinə, daha sonra isə paylara uyğun olaraq İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və digər texniki sənədlərin verilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələr (sənədləşmə işləri ilə bağlı evə və torpaq sahəsinə daxil olaraq bütünlüklə müayinə olunmasına yaradılan maneələrin) aradan qaldırılsın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində hüquqi yardım xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar