Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1709/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-658/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizəyə dəqiqləşmə verərək, bildirdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2639/2017 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-658/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2639/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci ildə X2, xx.xx.2011-ci il tarixdə X3 doğulmuşdur. Münasibətləri uyğun gəlməməsi səbəbilə Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-6019/2016 saylı qətnaməsi ilə aralarında bağlanmıış xx.xx.2007-ci il tarixli 236 nömrəli nikah qeydi pozulmuş, azyaşlı övladları xx.xx.2008-ci təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Daha sonra o, aliment tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-658/2013 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh alimenti vaxtı-vaxtında ödəməmişdir. Dəfələrlə şikayət etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Aliment borcunu yarımçıq ödəmişdir. Hazırda 140 manatla uşaqlara baxmaq olmur. Həmin 140 manat uşaqların yemək xərclərini belə ödəmir. Uşaqlar məktəblidir. Belə ki, qızı Ləman Vİİ sinifdə, oğlu Altay isə İV sinifdə oxuyur. Cavabdeh əmək qabilliyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Cavabdeh restoranda kababçı işləyərək pul qazanır. Uşaqlarına baxmaq onun kimi cavabdehin də vəzifəsidir. Hal-hazırda qanunla hər uşaq üçün minimum yaşayış tərzi 170 manat nəzərdə tutulmuşdur. Uşaqlar böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh istifadəsində olan maşını satmasına baxmayaraq, əldə olunan vəsaitlə alimenti ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, istifadəsində olan maşınını satıb alimenti ödəmişdir. Alimentə görə bir neçə dəfə həbs olunub. Təyin olunmuş alimenti ödəyə bilmir. Daimi iş yeri yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X2 və xx.xx.2011-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-658/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq Həsənova (Rəhimova) Aynur Tofiq qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 2639/2017 saylı qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-658/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq Həsənova (Rəhimova) Aynur Tofiq qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Hazırda iddiaçı, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən, uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı, aliment miqdarının artırılaraq, azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 200 manat olmaqla, iki uşağa görə hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi, uşaqların məktəbdə təhsil aldıqları, buna görə onların maddi xərcləri getdikcə daha da yüksək olduğu nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2639/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq Həsənova (Rəhimova) Aynur Tofiq qızına verilməlidir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2639/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq Həsənova (Rəhimova) Aynur Tofiq qızına verilsin. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1709/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1709/2020
30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver