Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1715/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh 1731 manat, əldən çıxmış faydaya görə 1500 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ilin noyabr ayında Xaçmaz şəhərində yerləşən mal-qara bazarında özünə məxsus mal qaranı satmaq üçün müştəri axtaran zaman tanımışdır. Cavabdeh bu işlə məşğul olduğunu, satdığı mal-qaranı almaq istədiyini bildirmiş, beləliklə aralarında münasibət yaranmış və 3 baş özünə məxsus, 1 başda yeznəsi Nail Cəlilova məxsus cəmi 4 baş malı cavabdehə nisyə satmışdır. Ona məxsus 3 baş danaya görə cavabdeh ona 2331 manat, 4-cü danaya görə isə 700 manat pul verməli olmuşdur. Bu vaxta qədər cavabdeh ümümillikdə ona 1300 manat pul versə də, qalan məbləği ödəməkdən yayınmışdır. Bununla əlaqədar Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma aparılarkən cavabdeh yuxarıda göstərilən halları təsdiq etmiş və bildirmişdir ki, 3 baş danaya görə ona 1031 manat, 1 baş qohumuna məxsus danaya görə isə 700 manat borclu qalmışdır. Göstərilən xüsusat “cinayət işi başlanmasının rədd edilməsi barədə” Xaçmaz RPŞ -nin TB-nin təhqiqatçısının 24 mart 2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan qərarın çıxarıldığı müddətdən sonrada cavabdehə borclu qaldığı 1731 manat məbləğində pulu verməsini təklif etmişdir. Cavabdeh hər dəfə pulu qaytarmağı söz versə də, hələdə pulu qaytarmamışdır. 1731 manat pulu mülki dövriyyə şəraitində ən azından iki qat artıra bilərdi ki, həmin məbləğ də əlindən çıxmışdır. Bundan başqa ötən müddətdə cavabdehin pulunu verməməsi və onu incitməsi səbəbindən mənəvi sarsıntı keçirmişdir. Ona görə də, dəymiş mənəvi ziyanı 1000 manat məbləğində dəyərləndirir. Ona görə də, həmin borcun cavabdehdən alınıb ona verilməsi üçün mhəkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı vasitəsi ilə Cavabdeh dəyəri 700 manat təşkil edən bir baş dana satmışdır. Həmin pulu cavabdeh ödəmədiyi üçün iddiaçı tərəfindən ona ödənilmişdir. Ona görə də, tələb hüququnun iddiaçıya keçməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin HK-1/609 saylı, 24.03.2021-ci il tarixli qərarı ilə, İddiaçı Xaçmaz rayon Prokurorluğuna müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Xaçmaz RPŞ-nin TB-də verdiyi izahatında İddiaçı 1031 manat məbləğində və onun qohumu X2 700 manat məbləğində pul borclu olması öz təsdiqini tapmışdır. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının iddiasını təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdehin icra etməli olduğu öhdəliyi, yəni X2 borclu olduğu 700 manat məbləğində pulu iddiaçı tərəfindən X2 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa İddiaçı əldən çıxmış faydaya görə 1500 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissədə təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdehdan 1731 manat məbləğində pul alınaraq iddiaçıya verilməldir. Cavabdeh 30 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1731 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1715/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1715/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver