Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1716/2024 28.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala saldığına görə ondan 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-121 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə elektron nəzarət vasitəsi tətbiq edilərək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd kabro və bir ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh cəzası bitdiyinə görə xx.xx.2024-cü il tarixdə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd kabro və bir ədəd elektron qolbaq təhvil alınaraq Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinə təhvil verilmişdir. Evrodizayn QSC-nin Mütəxəssis rəyində nəmişlik səbəbindən ana platada elektron elementlərində oksidləşmə prosesi başladığı, təmirinin mümkün olmadığı və istifadəyə tam yarasız olması göstərilmişdir. Texniki rəy İddiaçınə daxil olduqdan sonra cavabdehlə mobil əlaqə saxlanılmış çağrılmış və bu barədə məlumat verilmiş O, mobil qurğuya heç bir zərbə yetirmədiyini və ziyanı ödəməyəcəyini bildirmişdir. Belə olan halda hesab edilir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir. Məhkum F.Eldarava vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də o, ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışılar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, mobil qurğuya onu tərəfindən heç bir ziyan dəyməmişdir. Mobil qurğuya cəza çəkdi dövrdə həmin vasitənin işlək vəziyyətdə saxlanılması və ona xidmət etməsi üçün daima nəzarət etmişdir. Mobil qurğunun nəm çəkərək yararsız hala düşməsinə onun günahı yoxdur. Göstərdiklərini nəzərə alaraq iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)- 121/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlininin törədilməsində təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Cavabdeh təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Cavabdeh üzərinə Quba rayonu, Üçgün kəndində yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, 150 nömrəli mütəxəssis rəyindən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəmişlik səbəbindən ana platada elektron elementlərində oksidləşmə prosesi başlamış, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2, məhkum Cavabdeh iştirakı ilə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həqiqətən Cavabdeh məxsus 1 ədəd “Attenti” markalı 35655595 nömrəli elektron nəzarət vasitəsi komplektinin enerji ehtiyyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və qolbağının xarici örtüyünün görünüşü yoxlanılmış, baxış zamanı mobil qurğunun sönük vəziyyətdə olduğu müəyyən olunmuş, daha öncə tərəflərindən baxış keçirilən zaman mobil qurğunun enerji toplamadığı aşkarlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən mobil nəzarət qurğusunu yararsız hala saldığına görə 2277,40 manat manat vəsaitin ödənilməsi tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh müdaxiləsi nəticəsində vurulması, cavabdehin hansısa müdaxiləsi ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı tərəfindən cavabdehin təqsirli olmasını və bununla da mobil nəzarət qurğusuna 2277,40 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia əsassız olduğundan iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1716/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1716/2024
28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver