Məhkəmə qərarları › İş №2(027)-1717/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1717/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1717/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün hər ay 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2011-ci il tarixdə Elmir və xx.xx.2014-cü il tarixdə Nuray doğulmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyindən 2018-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması və hər bir uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılmaları və hər bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 160 manat sabit pul məbləğində aliment iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi cəhətdən imkanı olduqca pisdir. Hal-hazırda qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 170 manat nəzərdə tutulmuşdur. Həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaqlarının hər ikisi məktəblidir. Onların maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Belə ki, cavabdeh Bakı şəhərində çox imkanlı bir şəxsin villasında yaşayaraq evin mühafizə və təsərrüfat işlərinə baxaraq ayda ***- **** manat gəlir əldə edir. Lakin uşaqların saxlanılmasında ona kömək etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə X4 və xx.xx.2014-cü ildə X3 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 3129/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılmaları və Cavabdeh hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Hazırda iddiaçı, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən, uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı, aliment miqdarının artırılaraq, azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 200 manat olmaqla, iki uşağa görə hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi, uşaqların məktəbdə təhsil aldıqları, buna görə onların maddi xərcləri getdikcə daha da yüksək olduğu nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2107/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar