Məhkəmə qərarları › İş №2(027)-172/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-172/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-172/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2020-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsi zamanı “Ford” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 5398 (beş min üç yüz doxsan səkkiz) manat məbləğində dəyən zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “TƏBRİZ” firmasının hesabına ödənilmiş 50 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rusumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Ford” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman Cavabdeh idarə etdiyi “Kamaz 5320” markalı **-BE-*** qeydiyyat nömrəli maşınla onun idarə etdiyi “Ford Tranzit” yük markalı **- BJ-*** qeydiyyat nişanlı avtomobilinin arxa hissəsindən zərbə ilə dəymiş, toqquşma zamanı onun idarə etdiyi “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də, qarşıda hərəkət edən **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Cavabdeh idarə etdiyi “Kamaz 5320” markalı **-BE-*** qeydiyyat nömrəli maşınla, onun idarə eddiyi avtomobilə dəydiyi zaman dəymiş ziyanın ümumi məbləği 9665 (doqquz min altı yüz altmış beş) manat təşkil etmiş, “Atəşgah Sığorta” şirkəti dəyən ziyanın 4267,32 (dörd min iki yüz altmış yeddi manat otuz iki qəpik) manatını ödəmişdir. Avtomobilinə dəymiş ziyandan sığorta şirkətinin ödədiyi puldan sonra ona Cavabdeh 5398 (beş min üç yüz doxsan səkkiz) manat məbləğində pul ödəməlidir. Hesab edir ki, yolnəqliyyat hadisəsinin törədilməsində bütün məsuliyyət Cavabdeh üzərindədir. Cavabdehlə mülkiyyətində olan avtomaşına vurmuş olduğu ziyanı könüllü qaydada ödəməsi barədə razılıq əldə etməyə çalışsa da, heç bir nəticə əldə etməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixində saat 13:08 radələrində “Kamaz 5320” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının sahibliyindədir. İş materiallarında olan “Təbriz” firmasının xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, “Ford” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 9965 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, “Atəşgah Sığorta” şirkəti dəyən ziyanın 4267,32 (dörd min iki yüz altmış yeddi manat otuz iki qəpik) manatını İddiaçı ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən İddiaçı “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5225 saylı ekspert rəyindən görünür ki, “Təbriz” firmasının xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 8365,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə və “Təbriz” firmasının xx.xx.2020-ci il tarixli ziyan aktı ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ekspert rəyi nəzərə alınaraq 8365 manat dəyərində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan məxaric orderinə əsasən Atəşgah Sığorta” şirkətinin dəyən ziyanın 4267,32 (dörd min iki yüz altmış yeddi manat otuz iki qəpik) manatını İddiaçı ödənilməsi nəzərə alınaraq, Cavabdeh İddiaçı sahibliyində olan “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq (8365-4267,32=4097,68) 4097,68 (dörd min doxsan yeddi manat altmış yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. Ona görə də, Cavabdeh 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa 100 (bir yüz) manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4097,68 (dörd min doxsan yeddi manat altmış yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar