Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-172/2022 10.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsi üzrə 202 (iki yüz iki) manat 33 qəpik əsas borc, 3 (üç) manat 25 qəpik faiz borcu, 35 (otuz beş) manat 61 qəpik dəbbə borcu olmaqla, cəmi 241 (iki yüz qırx bir) manat 19 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə 5 il müddətinə, 1 faizlə, 216 (iki yüz on altı ) manat 05 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT qarşısında 202.33 manat əsas borc, 3.25 manat hesablanmış faiz borcu, 35.61 manat dəbbə pulu olmaqla, cəmi 241.19 manat borcu yaranmışdı. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsi üzrə 202 (iki yüz iki) manat 33 qəpik əsas borc, 3 (üç) manat 25 qəpik faiz borcu, 35 (otuz beş) manat 61 qəpik dəbbə borcu olmaqla, cəmi 241 (iki yüz qırx bir) manat 19 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2 dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 5 il müddətinə, illik 1% ödəmək şərtilə, 216 (iki yüz on altı ) manat 05 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 15.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsi üzrə BOKT-a 202 (iki yüz iki) manat 33 qəpik əsas borc, 3 (üç) manat 25 qəpik faiz borcu, 35 (otuz beş) manat 61 qəpik dəbbə borcu olmaqla, cəmi 241 (iki yüz qırx bir) manat 19 qəpik kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 216 (iki yüz on altı ) manat 05 kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsinə əsasən, 202 ( iki yüz iki ) manat 33 qəpik əsas borc, 3 (üç) manat 25 qəpik faiz borcu, 5(beş) manat 61 qəpik cərimə borcu, cəmi 211 (iki yüz on bir) manat 19 qəpik kredit borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.12.2019-cu il tarixli, 00/127/22 saylı kredit müqaviləsinə əsasən, 202 ( iki yüz iki ) manat 33 qəpik əsas borc, 3 (üç) manat 25 qəpik faiz borcu, 5(beş) manat 61 qəpik cərimə borcu, cəmi 211 (iki yüz on bir) manat 19 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-172/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-172/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver