Məhkəmə qərarları › İş №2(027)-172/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-172/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-172/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, “QAZ 3302” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 və sahibi Cavabdeh2 ümumilikdə 9200 manat məbləğində dəymiş ziyanın və 112 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus “SC” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun ehtiyat hissəsində dayanan zaman Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayon ərazisindən keçən 58-ci kilometrdə sürücü Cavabdeh1 idarə etdiyi “QAZ 3302” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman Əmiraslanov Ceyhnun idarə etdiyi avtomobil alışaraq yandı və orada olan sərnişinlər xəsarət aldı. Hadisə yerinə polis əməkdaşları gəldi və baxış keçirilərək fotoşəkilləri çəkildi. Hadisə baş verən zaman sürücü Cavabdeh1 idarə etdiyi “QAZ 3302” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobil heç bir etibarnamə olmadan idarə edilmişdir. Hadisədən sonra dəymiş ziyanın ödənilməsi ilə bağlı sürücüyə sığortaya məlumat verməsini bildirən zaman isə məlum oldu ki, sürücü Cavabdeh1 idarə etdiyi “QAZ 3302 markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin heç bir sığortası yoxdur. Qeyd edilən avtomobilin sahibi isə Cavabdeh2dur və o, sahibkar kimi avtomobili Cavabdeh1 verib. İcarə müqaviləsinin bağlanıb bağlanmaması barədə məlumatı yoxdur. Hadisə ilə bağlı onun avtomobilinə xeyli miqdarda ziyan dəyməsinə baxmayaraq “QAZ 3302” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 ona 500 manat pul təklif edərək məsələnin bağlanmasını istəmişdir. Bununla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə araşdırma aparılmış və ona zərərçəkmiş qismində taniyaraq həmin idarədə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin ona yüksəq miqdarda zərər dəymişdir və dəymiş zərərin hesablanması ilə bağlı rəy əldə edərkən hər bir təmir olunmalı detal nəzərə alınaraq hesablanmış, həmin detalların qiymətlərinə əsasən ümumi qiymət çıxarılmişdir. Baş vermiş hadisə ilə bağlı “QAZ 3302” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 və sahibi Cavabdeh2 ona ümumilikdə 9200 manat ziyan vurmuşdur. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, avtomobilə real olaraq ümumilikdə 9200 manat məbləğində ziyan dəymişdir. Lakin, yarı məbləği güzəşt edir və cavabdehlərin 4600 manat məbləğində pul ödəmələrinə etiraz etmir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatlarında bildirmişdilər ki, avtomobilə dəymiş ziyan məbləği şişirdilmişdir. Avtomobilə maksimum 1500 manat məbləğində ziyan dəymişdir. Qarşı tərəflə məhkəmədənkənar heç bir razılıq əldə olunmamışdır. İddia tələbinin qismən təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin ba.lanılmasının rədd edilməsi barədə qərarından görünür ki, cinayət işi başlamaq üçün kifayət qədər əsas olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat aktından göründüyü kimi, İddiaçı məxsus olan “QAZ 3302” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9200 manat məbləğində maddi ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi əmlaka cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində 9200 məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona pul ödənilmədiyin kimi hallara istinad etmişdir. Cavabdeh isə iddia tələbinə etirazı əmlaka vurulmuş ziyanın məbləğinin 1500 manat məbləğdə olduğunu, zərər məbləğinin həcminin artırıldığı ilə əsaslandırmışdır. İddaçı avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində qüsur aktına istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 1500 manat olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı iddia tələbinin real zərər həcmində, yəni 4600 manat hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhz 4600 (dörd min altı yüz) manat maddi ziyanın tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı, 122 manat məbləğində dövlət rüsumunun tutulması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qeyd edilən 122 (bir yüz iyirmi iki) manat dövlət Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 (dörd min altı yüz) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar