Məhkəmə qərarları › İş №2(027)-1737/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1737/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1737/2020 13.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh, X4, Zamin1 və Zamin3 qarşı “borcun tutulması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıiddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh, X1, Zamin1 və Zamin3 İddiaçı-nin xeyrinə 32R000002387 saylı kredit razılaşması üzrə 1691,46 (bir min altı yüz doxsan bir manat qırx altı qəpik) manat məbləğində kredit borcu, 513, 07 (beş yüz on üç manat yeddi qəpik) manat məbləğində faiz borcu və 872,41 (səkkiz yüz yetmiş iki manat qırx bir qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3076,94 (üç min yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borcun, 32KK000000021 saylı kredit müqaviləsi üzrə 957,54 (doqquz yüz əlli yeddi manat, əlli dörd qəpik) manat kredit borcu, 10,38 (on mamat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 970,85 (doqquz yüz yetmiş manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1938,77 (bir min doqquz yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X7 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2008-ci il tarixli 11L000000148 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 50 000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2012- ci il tarixli 148 saylı sazişlə kredit xəttinin müddəti 174 ( yüz yetmiş dörd) ayadək uzadılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 32R000002387 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 32R000002387S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır.Cavabdeh götürdüyü kredit borcundan 4308.54 manat ödəmiş və onun 1691.46 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla. ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 420 gün üçün hesablanmış faiz borcu 513.07 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2- bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməli olduğu üçün xx.xx.2017-ci il tarixə 420 gün üçün hesablanmış cərimə 872,42 manat təşkil etmişdir. Bundan başqa borclu Əliyev X2 ilə xx.xx.2014-cü il tarixdə bağladığı 32KK000000021 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.3333% olmaqla, 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. Borclu kredit razılaşmasının 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınmışdır. O, götürdüyü kreditdən 42.46 manat qaytarmış və onun 957.54 manat məbləğində kredit borcu qalmış, kredit müqaviləsinin 2.1 -ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2017-ci il tarixə 825 gün üçün onun 10.38 manat məbləğində faiz borcu qalmışdır. Kredit razılaşmasının 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilməli, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. xx.xx.2017-ci il tarixə 825 gün üçün hesablanmış cərimə 970,85 manat təşkil etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə X4, Zamin1 və Zamin3 ilə zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən onlar bank qarşısında məsulliyyəti öz üzərlərinə götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən, Cavabdeh, X1, Zamin1 və Zamin3 İddiaçı-nin xeyrinə 32R000002387 saylı kredit razılaşması üzrə 1691,46 (bir min altı yüz doxsan bir manat qırx altı qəpik) manat məbləğində kredit borcu, 513, 07 (beş yüz on üç manat yeddi qəpik) manat məbləğində faiz borcu və 872,41 (səkkiz yüz yetmiş iki manat qırx bir qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3076,94 (üç min yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borcun, 32KK000000021 saylı kredit müqaviləsi üzrə 957,54 (doqquz yüz əlli yeddi manat, əlli dörd qəpik)manat kredit borcu, 10,38 (on mamat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 970,85 (doqquz yüz yetmiş manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla. Ümumilikdə cəmi 1938,77 (bir min doqquz yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində borcunvə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə Cavabdeh dəfələrlə kredit götürüb qaytardığını, lakin faiz və cərimə borclarının yüksək hesablanması ilə əlaqədar, özü təqaüdçü olduğuna, həmçinin maddi durumunun buna imkan vermədiyinə görə ödənişlərdə gecikmələr yaranmış, bu səbəbdən kreditin tam ödəyə bilmədiyini bildirmiş və məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı-nin nümayəndəsi X5 və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli **********8 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə 50 000 (əlli min) ABŞ dolları kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 148 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünürki, İddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə 50 000 (əlli min) ABŞ dolları kredit xəttini 174 ay müddətinə açmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli **********8 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 32R000002387 saylı kredit razılaşmasından görünürki, İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, aylıq 2,1667% olmaqla, 6000 (altı min) manat kredit ayrılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 32R000002387S Sazişdən görünürki, xx.xx.2008-ci il tarixli **********8 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 32R000002387 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilib. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 32KK000000021 saylı kredit razılaşması üzrə Cavabdeh aylıq 2,3333% olmaqla,1000 (bir min) manat kredit verir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 11S000001134 saylı zaminlik müqaviləsindən görünürki, Zamin3 borclu ilə birgə bank qarşısında tam məsulliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 32S0000033 saylı zaminlik müqaviləsindən görünürki, X4 borclu ilə birgə bank qarşısında tam məsulliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 32S000000829 saylı zaminlik müqaviləsindən görünürki, Zamin1 borclu ilə birgə bank qarşısında tam məsulliyyəti öz üzərinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli 32R000000021 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə hesablanmış 957,54 manat əsas məbləğ üzrə borc, 10,38 manat faiz borcu, 970,85 manat cərimə borcu olmaqla, cəmi 1938,77 manat məbləğində borc təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli 32KK000002387 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixinə hesablanmış 1691,46 manat əsas məbləğ üzrə borc, 513, 07 manat faiz borcu, 872, 41 manat cərimə borcu olmaqla, cəmi 3076,94 manat məbləğində borc təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli 32R000000021 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə isə hesablanmış 157,54 manat əsas məbləğ üzrə borc, 0 manat faiz borcu, 336,94 manat cərimə borcu olmaqla, cəmi 494,01 manat məbləğində borc təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli 32R000002387 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarıxinə isə hesablanmış 269,34 manat məbləğində əsas borcu, faiz borcu 0, cərimə borcu 0 olmaqla, cəmi 269, 34 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh və zaminlər X4, Zamin3, Zamin1 üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmçinin kreditin təminatı məqsədilə zamin durmuş şəxslər zaminlik müqavilələri üzrə bank qarşısındakı öhdəliyi üzərlərinə götürməylərinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdilər. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 32R000000021 saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 157,1 manat əsas məbləğ üzrə borca 336,94 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 36,94 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 32R000002387 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarıxli maliyyə arayışına əsasən hesablanmış 269,34 (iki yüz altımış doqquz manat otuz dörd qəpik) manat məbləğində kredit borcu, xx.xx.2014-cü il tarixli 32R000000021 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən hesablanmış 157,1 (yüz əlli yeddi manat on qəpik) manat əsas məbləğ üzrə borc, 36,94 (otuz altı manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 463,38 (dörd yüz altımış üç manat otuz səkkiz qəpik) manat məbləğində borc Cavabdeh, X4, Zamin1 və Zamin3,müştərək qaydada İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh, X6, Zamin1 və Zamin3, müştərək qaydada, 32R000002387 saylı kredit razılaşması üzrə 269,34 (iki yüz altımış doqquz) manat otuz dörd qəpik məbləğində kredit borcu, 32R000000021 saylı kredit müqaviləsi üzrə 157,1 (yüz əlli yeddi) manat on qəpik əsas məbləğ üzrə borc, 36,94 (otuz altı) manat doxsan dörd qəpik cərimə borcu, ümumilikdə 463,38 (dörd yüz altmış üç) manat 38 qəpik məbləğində kredit borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar