Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1738/2020 14.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh tutulan aliment məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X3 idda tələbini müdafiə edərək bildirdi ki, iddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuş. Birgə yaşayışdan xx.xx.2017-ci il tarixdə Ülvi adlı övladları doğulmuşdur. Quba Rayon Məhkəməsi 2(027)-482/2018 saylı, l2.02.2018-ci ildə iddiamının Cavabdeh qarşı aliment tələbinə dair işə baxmış və iddianı qismən təmin etmiş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci tarixdən başlayaraq,Cavabdeh aylıq qazancının və başqa gəlirlərin dörddə biri miqdarında və eyni zamanda 63 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmədə öz xeyrinə qətnamə əldə etmək üçün iş yerindən aylıq əmək haqqı barədə arayış təqdim edərək 190 man əmək haqqı alması barədə saxta arayış təqdim etmişdir. Halbuki Dövlət Başçısının sərəcamına görə artıq 2 ildən çoxdur ki, minimum əmək haqqı 250man. müəyyən edilmişdir. Ona görədə aliment məbləği 136.60 manatdan 170 manata artırılmaqla tutulmalı və mənə ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh tutulan aliment məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 iddianı qismən qəbul edərək bildirdi ki, onlar iddianı 140 manat hissəsində qəbul edirlər. Oğlunun başqa aləsi də var.Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X6 və Cavabdeh nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-482/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə biri miqdarında, eyni zamanda 63 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2017-ci il təvəllüdlü X7, tərəflərin nikahı pozulandan sonra uşaq ananın yanında saxlanılmaqla onun saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, hazırda xx.xx.2017-ci il tarixdə X7 üçün aliment alır, lakin həmin məbləğ üşağın ehtiyaclarını təmin etmədiyindən aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat maddələrində təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini və 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməsini nəzərə alınaraq, iddia təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-482/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılmalı, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-482/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1738/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1738/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver