Məhkəmə qərarları › İş №2(027)-1744/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1744/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1744/2020 27.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci tarixdən hal-hazıra kimi, sol gözünün zədələnməsinə görə müalicəyə çəkilmiş xərcin (ziyan) və bundan sonra gözünün müalicəsi ilə bağlı çəkəlicək xərclərin, həmçinin cavabdehlərin təqsirli əməlləri nəticəsində sifətinin sol gözünün buynuz qişasının aşınması ilə əlaqədar olaraq görmə qabiliyyətini itirdiyinə görə hər ay 300 manat məbləğində aliment və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30 manat hüquqi yardım xərcinin və ona vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək bildirdi ki, qonşusu Cavabdeh2 və onun oğlanları Cavabdeh1 və X3 xx xxxx 2020-ci il tarixdə, Quba rayonu, Qırız kəndində təxminən saat 18:00 radələrində onun həyətində onu və 2005- ci il təvəllüdlü oğlu-X1 yerə təhqir edib döymüşlər. Onlar 102 xidmətinə zəng vuraraq polisə şikayət etmişlər. Etdikləri şikayət nəticəsində Quba rayon Polis şöbəsində araşdırma aparılmış, aparılmış araşdırmanın nəticəsində cavabdehlər barəsində xx xxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara qəbul edilmiş. Həmin qərarda cavabdehlərin barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir. Cinayət içinin başlanmaısının rədd edilməsi ilə bağlı qərarda ona vurulmuş xəsarətlərlə bağlı ekspertiza keçirilmiş. Ekspertizada onun sol gözümün buynuz qişasının zədələnməsi qeyd edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(027)-515/2020 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400( dörd yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3 (027) -517/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, cavabdehlər ona xəsarət yetirdiklərinə görə məhkəmənin qərarı ilə təqsirli bilinmişlər. Faktiki olaraq o, halhazırda müalicə alır və sol gözüm tamamilə görmə qabiliyyətini itirmişdir. Xəstəxana xərclərinin sığorta tərəfindən qarşılanmasına baxmayaraq, yol və müalicə üçün gərəkli olan dərman preparatlarının alınması yetəri qədər vəsait tələb edir. Bu hadisədən sonra o, 8 dəfə xəstəxanaya “Niva” markalı maşına 120 manat, “Uaz’ markalı maşına isə 250 manat gediş-gəliş haqqı ödəmişdir. Müalicə ilə bağlı olaraq o hələ də gedib gəlməlidir. Yetəri qədər gəlir mənbəyi yoxdur. Həmin hadisədən sonra müalicəmə və yol xərclərinə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci tarixdən hal-hazıra kimi, sol gözünün zədələnməsinə görə müalicəyə çəkilmiş xərcin (ziyan) və bundan sonra gözünün müalicəsi ilə bağlı çəkəlicək xərclərin, həmçinin cavabdehlərin təqsirli əməlləri nəticəsində sifətinin sol gözünün buynuz qişasının aşınması ilə əlaqədar olaraq görmə qabiliyyətini itirdiyinə görə hər ay 300 manat məbləğində aliment və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30 manat hüquqi yardım xərcinin və ona vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etmərək, bildirdi ki, İddiaçı gözü onlar ilə mübahisə edən zaman xəsarət almayıb. Bildiyinə görə onun gözü 10 il bundan qabaq xəsarət alıb və onun gözü ilə əlaqədar əlilliyi var. Sadəcə aralarında olan mübahisəyə görə o, yalandan xx xxxx 2020ci tarixdə guya o və oğlu tərəfindən onun gözünə xəsarət yetirildiyini bildirir və əsassız onlardan pul tələb edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etmərək, bildirdi ki, İddiaçı gözü 10 ildən çox olar ki xəsarət alıb və onun gözü ilə əlaqədar əlilliyi var. Sadəcə aralarında olan mübahisəyə görə o, yalandan xx xxxx 2020-ci tarixdə guya o, və atası tərəfindən onun gözünə xəsarət yetirildiyini bildirir və əsassız onlardan pul tələb edir.İddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(027)- 515/2020 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3 (027) -517/2020 saylı qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan reseplərdən görünür ki, İddiaçı müxtəlif zamanlarda dərmanlara cəmi 73,82 manat pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2008-ci il tarixli TƏEK-ə göndəriş vərəqəsinin surətindən görünür ki, xəstə İddiaçı sol gözündə görmə qabiləyətinin olmaması ilə bağlı əlillik əlamətlərinin olması ilə bağlı vaxtından qabaq yenidən yoxlanma aparılmışdır. İş materialında olan xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Quba rayon MTE və PA şöbəsindən İddiaçı barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 320 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onun bədəni üzərində sol gözün buynuz qişasının cüzi zədələnməsi, sol əlin baş barmağının arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər və yetirilmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Belə ki, cavabdehlərin təqsiri üzündən baş vermiş inzibati xəta haqqında hadisədə iddiaçının səhhətinə cüzi ziyan dəyməsi iş materialları ilə qismən təsdiqini tapır. Lakin iş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2008-ci il tarixli TƏEK-ə göndəriş vərəqəsinin surətindən müəyyən edilir ki, İddiaçı sol gözündə görmə qabiləyətinin olmaması ilə bağlı əlillik əlamətlərinin olması ilə bağlı vaxtından qabaq yenidən yoxlanma aparılmışdır. Bu isə ona dəlalət edir ki, İddiaçı Pirrnəzər oğlunun sol gözündə görmə qabiliyyəti ilə bağlı problem hələ 2008-ci il tarixdə mövcud olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1, İddiaçı müalicəsi ilə bağlı çəkələn xərclə görə, 73,82 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı Pirrnəzər oğlunun xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir.. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, İddiaçı müalicəsi ilə bağlı çəkələn xərclə görə, 73,82 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar