Məhkəmə qərarları › İş №2(027)-175/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-175/2025

10.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-175/2025 10.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və nümayəndəsi vəkili X4, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqularının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və Cavabdeh1 tərəfindən, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmçinin tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2018-ci ildə Quba Bələdiyyəsinə müraciət edərək, Quba şəhəri C.Cabbarlı küçəsində 0,004 ha torpaq sahəsini hərrac vasitəsilə almışdır. Həmin torpaq sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində adına qeydiyyata alınmışdır və bu barədə **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarış verilmişdir. Mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq üçün müvafiq layihə ilə Quba rayon İcra Hakimiyyətinə müraciət etmiş, Quba rayon İcra Hakimiyyətinin Başçısının 26 dekabr 2019-cu il tarixli, 4212/1 saylı məktubu ilə tikinti işlərinin aparılmasına rayon icra hakimiyyətinin etirazının olmadığı bildirilmişdir. Bundan sonra torpaq sahəsində tikinti işlərinə başlamaq istəsə də, torpaq sahəsinin qonşuluğunda yaşayan cavabdehlər tikintiyə başlamağına hər vasitə ilə maneçilik törədirlər. Dəfələrlə bünövrə qoyulması, tikintiyə başlanması üçün işçilərlə torpaq sahəsinə getdikdə, cavabdehlər hay-küy qoparır, üzərilərinə hücum çəkir, onlara qarşı şər və böhtan xarekterli ifadələr işlədirlər. Cavabdehlərdən Cavabdeh2 burada tikinti apardıqları təqdirdə hətta özünü öldürəcəyini bildirir. Tikinti apardıqları zaman cavabdehlərin yaratdığı maneçilik nəticəsində neçə dəfə Quba rayon X13 Bölməsində araşdırma aparılmış, izahatları alınmışdır. Həmin araşdırmaların nəticəsində qəbul edilmiş qərarları iddia ərizəmə əlavə edir. Qeyd olunan qərarlardan da görünür ki, cavabdehlər ona məxsus olan torpaq sahəsində tikinti işləri aparmaqlarına qəsdən maneçilik törədirlər. Cavabdehlər torpaq sahəsinin onun evinin yanında yerləşməsini əsas gətirərək burada tikinti aparılmasına heç vaxt imkan verməyəcəyini deyir. Buna görə də mülkiyyətində olan torpaq sahəsində tikinti apara bilmir. Göstərdiyi səylərə baxmayaraq cavabdeh əməlindən əl çəkmir. Onunla bu mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 və nümayəndəsi vəkili X6 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya verilən torpaq sahəsi düzgün verilməmişdir. Onun gediş-gəliş yolunu bağlayır. Torpaq sahəsinə daxil olmağa və orada tikinti işlərinin aparılmasına icazə verməyəcək. İddiaçının iddiası əsassızdır. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,004 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X10 13 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrnə cinayət işinin başlanılması rədd edilmiş və X3 və Cavabdeh2 torpaq zəbti ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-56/2023 saylı, 26 iyun 2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 Səftər qızı və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-912/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçılar Cavabdeh2 Səftər qızı və Cavabdeh1 cavabdeh Quba rayon Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin 0.004 ha torpaq sahəsini X1 barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə faktiki olaraq mübahisəli torpaq sahəsinə iddiaçının istifadəsinə maneələr yaradaraq, iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməyə və ümumilikdə mülkiyyət hüququna mane olurlar. Ona görə də, cavabdehlər tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olub. Cavabdehlər həmin torpaq sahəsinin iddiaçıya düzgün verilməməsini iddia etsələr də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Həmçinin, məhkəmə iclasında Cavabdeh2 iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə menaələr yaratdığını etiraf edərək, iddiaçının mübahisəli torpaq sahəsinə daxil olmağa və orada tikinti işlərinin aparılmasına icazə verməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin etirafını iddia tələbinin sübuta yetirilməsi kimi qəbul edir və buna görə də, iş üzrə ekspertiza keçirilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsindən istifadəyə iddiaçıya maneələr yaratdığını qəbul edir. Cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını dərk edir, lakin həmin halı qəbul etmək istəmir. Həmçinin yuxarıda göstərilən hallar yerli baxış zamanıda öz təsdiqini tapmışdır. Bundan başqa, Cavabdeh2 məhkəmə iclasında mübahisəli torpaq sahəsində iddiaçıya maneə törətməsini onunla izah etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində hər-hansı bir tikinti inşa edərsə, onun tikintisinə maneələr yaradılacaqdır. Lakin, Cavabdeh2 mübahisə predmetini təşkil edən torpaq sahəsi ərazisində özünə məxsus torpaq sahəsində tikinti işlərinin aparılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir: 1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır.” Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və s. beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mərhum Salmanov Nəriman mübahisəli evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı və qanuni gözləntiyə malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxil olmuşdur. Odur ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X8 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X8 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar