Məhkəmə qərarları › İş №2(027)-1765/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1765/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1765/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit müqaviləsinə əsasən 516,60 (beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 10,36 (on manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 286,32 (iki yüz səksən altı manat otuz iki qəpik) manat dəbbə pulu olmaqla, cəmi 813,28 (səkkiz yüz on üç manat iyirmi səkkiz qəpik) manat kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 21.08.2019-cu il tarixli, 0083/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 527,49 (beş yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və 1 azımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. 21.08.2019-cu il tarixli, 0083/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit təşkilata 516,60 (beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 10,36 (on manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 286,32 (iki yüz səksən altı manat otuz iki qəpik) manat dəbbə pulu olmaqla, cəmi 813,28 (səkkiz yüz on üç manat iyirmi səkkiz qəpik) manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddaçı tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit (restrukturizasiya) müqaviləsindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 527,49 (beş yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh isə hər ayın 21-dən gec olmayaq müəyyən olunmuş aylıq məbləği ödəməyi öhdəsinə götürmüşdür; - 09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 516,60 (beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 10,36 (on manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 286,32 (iki yüz səksən altı manat otuz iki qəpik) manat dəbbə pulu olmaqla, cəmi 813,28 (səkkiz yüz on üç manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu vardır; - bildirişin surətindən görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barələrində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişlər; - 16.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı BOKT ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 516,60 (beş yüz on altı manat altmış qəpik) manat təşkil etdiyi halda, 286,32 (iki yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində dəbbə pulu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu azaldılmalı və 52 (əlli iki) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 516,60 (beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 10,36 (on manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 52 (əlli iki) manat dəbbə pulu olmaqla, cəmi 578,96 (beş yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 813,28 (səkkiz yüz on üç manat iyirmi səkkiz qəpik) manat olduğu, bu tələb 578,96 (beş yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat məbləğində təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tərəflər arasında bölünməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, 20 (iyirmi) manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.08.2019-cu il tarixli 0083/22 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 516,60 (beş yüz on altı manat altmış qəpik) manat əsas borc, 10,36 (on manat otuz altı qəpik) manat hesablanmış faiz borcu, 52 (əlli iki) manat dəbbə pulu olmaqla, cəmi 578,96 (beş yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilsin, 20 (iyirmi) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar