Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1771/2020 21.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Zamin iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2020-cu il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişlər. Məhkəmədə cavabdeh Zamin işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci iclasına gəlmədikdə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(027)-1771/2020 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı-nə izah edilsin ki, nümayəndəsinin, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1771/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1771/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver