Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1781/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə təyin olunmuş alimentin miqdarı dəyişirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə Cavabdeh hər ay 200 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə teleqqramma göndərərək, pandemiya ilə əlaqədar karantin rejimi olduğu üçün, həmçinin maddi durumu ilə bağlı çətinliyə görə məhkəmə islaclarında iştirak edə bilməyəcəyini nəzərə almağı, iddia tələbinə onun iştirakı olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2001-ci ildə el-adəti üzrə toy edərək ailə qurub. Nikahları xx xxxxxx 2004-cü il tarixdə Quba rayon Rustov İƏD-də rəsmiləşdirilib. Birgə nikahdan xx xxxx 2002-ci il tarixdə Gülnarə və xx xxxx 2010-cu il tarixdə Ayaz doğulublar.Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan xx xxxxxx 2004-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(027)-1995/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh ilə aralarında olan xx xxxxxx 2004-cü il tarixli nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqları; xx xxxx 2002-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılaraq, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq, ona verilməsi barədə Quba Rayon Məhkəməsinin qətnaməsı qəbul edilmişdir.Belə ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 240 manat sabit pul məbləğində aliment iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmədiyini,maddi cəhətdən imkanı ağır olduğunu, hal-hazırda ölkəmizdə qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 170 manat nəzərdə tutulduğunu nəzərə alsaq, alimentin məbləğinin artırılması üçün yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uşaqların hər ikisi məktəbli olduğunu və onların maddi tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir və bu səbəbdən Cavabdeh tutulan alimentin məbləği artırılaraq, 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, tələb olunan məbləği verməyə maddı imkanı yoxdur və bunu nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 480273 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İV 480274 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1995/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılaraq, onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq,hər ay hər uşağa 120 manat olmaqla, hər ay iki uşağa görə Cavabdeh 240 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılaraq, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla aliment müəyyən edilmişdir. Lakin birgə nikahdan doğulan xx.xx.2002-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə 18 yaşı tamam olduğuna görə növbəti aydan alimentin tutulmasının dayandırıldığını nəzərə alsaq, həmin vaxtdan bir uşağa görə müəyyən olunmuş 120 manat məbləğində alimentixx.xx.2010-cu il təvəllüdlü X3 üçün alır. Lakin həmin məbləğ üşağın ehtiyaclarını təmin etmədiyindən aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat maddələrində təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini və 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1995/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1995/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1781/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1781/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver