Məhkəmə qərarları › İş №2(027)-1784/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1784/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1784/2022 14.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, bir müddət bından əvvəl Cavabdeh, Zaur və Azər adlı tanışlarıyla birlikdə biznes fəaliyyəti ilə məşğul olublar. Belə ki, o, onlardan-yəni Ülfət, Zaur və Azərdən aldığı məhsulların satılmasını təşkil edib. Bu yolla hər dördü qazanc əldə ediblər. Həmçinin aralarındakı razılaşmaya əsasən digər 3 nəfərin öhdəliyi məhsulları ona çatdırmaq, onun öhdəliyi isə məhsulların satışını həyata keçirmək olub. Lakiın təxminən bir neçə ay bundan əvvəl ona məlum olub ki, Ülfət, Zaur və Azər ondan xəbərsiz olaraq məhsulları onun tapdığı alıcılara sataraq gəlir əldə etmiş və onun payını mənimsəmişdilər. Buna görə onlara iradını bildirərək ona vurulmuş ziyanı tələb etdikdə, hazırki Cavabdeh öhdəsinə götürüb ki, həmin ziyanı şəxsən o özü ödəyəcək. Çünki bu işin ərsəyə gəlməsi və biznesin inkişafı üçün o tanışlarından borc pul alaraq bu biznesə sərf edib. Cavabdehlə ilkin razılaşmaya əsasən o, 60.000 (altımış min) manat qaytarmalı idi. Lakin sonradan əvvəlcə onu müxtəlif bəhanələrlə aldatmağa, sonra isə pulunu tələb edəcəyi təqdirdə onun başına müxtəlif oyunlar açacağı ilə hədələməyə başlayıb. Məhz elə bu səbəbdən də məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Cavabdeh ona vurmuş olduğu ziyanın əvəzi olaraq 60.000 (altımış min) manat məbləğində pulun, həmçinin ödədiyi 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 60270 (altmış min iki yüz yetmiş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə tərəflərin vergi ödəyiciləri olduğunu, iddiaçının tələbləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, hazırki işə ümumi məhkəmədə deyil kommersiya məhkəməsi tərəfindən baxılmasını bildirib, mülki işin Sumqayıt Kommersiya Məhkəməsinə baxılmaq üçün göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh iddianı qəbul etməyərək, aidiyyət barədə ərizələrinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclaslarına gəlməməmişdir. Məhkəmə iş materiallarını, ərizə və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı və Cavabdeh vergi ödəyiciləri olduqlarından və mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi səbəbindən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin aidiyyət üzrə göndərilməsinə dair ərizəyə əlavə edilən sənədlərin surətindən görünür ki, İddiaçı və Cavabdeh vergi ödəyiciləridirlər. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalsdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin .32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra göndərilir. Məhkəmədə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmşdir və ona görə də məhkəmə hesab edir ki, 2(027)-1784/2022 saylı mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 26.1,31, 32, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh pul tələbinə dair 2(027)-1784/2022 saylı mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar