Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1788/2022 04.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı ona vurulmuş 3525 manat maddi zərərin, Təbriz firmasına dəymiş zərərin müəyyən edilməsi üçün ödədiyi 40 manatın və 56 manat dəyərində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:10 radələrində özünə məxsus “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Quba şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, A.Hüseynzadə küçəsinin kəsişməsində, ondan sağda A.Hüseynzadə küçəsində hərəkətdə olan Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol ayrıcı qaydasını pozmuş, yol ayrıcından sürətlə gələrək, onun avtomobilinin hərəkət istiqamətinə çıxmış, nəticədə cavabdehə məxsus avtomobilin arxa hissəsi onun idarə etdiyi avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Bununla bağlı Cavabdeh barəsində AR İXM-nin 327.2 və 332.4-cü maddələri ilə xx.xx.2022-c il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ehtiyat hissələrinə ziyan dəymiş, 1 ədəd 600 manat dəyərində ön kapot, 1 ədəd 500 manat dəyərində ön alın şüşəsi, 2 ədəd 500 manat dəyərində ön sağ və sol qanad, 1 ədəd 185 manat dəyərində ön ekran, 2 ədəd 130 manat dəyərində Lanjeron uc dəmirləri (sağ və sol). 1 ədəd 150 manat dəyərində ön bamperin usliteli, 1 ədəd 550 manat dəyərində pn bamper, 2 ədəd 900 manat dəyərində ön faralar (sağ və sol) və su atanlar, 270 manat dəyərində ön ablisovka və Mersedes emblemi, 395 manat dəyərində su radyatoru və patrubkaları, 1 ədəd 300 manat dəyərində kondisionerin radyatoru, 1 ədəd 170 manat dəyərində karopkanm radyatoru, 1 ədəd 75 manat dəyərində matorun poddonu, 1200 manat dəyərində salonun şiti və sükan, 1 ədəd 80 manat dəyərində kipitelnik datçik, 1 ədəd 245 manat dəyərində elektrovintelyator, 1 ədəd 65 manat dəyərində matorun remeni, 8 litr 40 manat dəyərində antifriz, 40 manat dəyərində kondisionerin qazı, 2 ədəd 50 manat dəyərində podkrilnik və 2 ədəd 130 manat dəyərində duman üçün faralar qırılıb və əzilib sıradan çıxaraq yararsız hala düşmüş və ümumilikdə onun avtomobilinə ziyan dəymiş və həmin ehtiyat hissələrinin alınmasına 6575 manat, dəmirçi işinə aid avtomaşının detallarının düzəldilməsi və alınmış ehtiyat hissələrinin avtomaşının üzərinə quraşdırılmasına görə zəhmət haqqı olaraq 800 manat, rəngsaz işinə görə zəhmət haqqı və təmir olunmuş hissələrin rənglənməsinə görə boya və mal-materialına 800 manat, elektrik işinə görə zəhmət haqqı 250 manat, çilingər işinə görə zəhmət haqqı 100 manat olmaqla, ümumilikdə 8525 manat çıxaraq ona zərər dəymişdir. Həmin dəymiş ziyandan 5.000 (beş min) manat sığorta şirkəti tərəfindən ona ödənilmiş, qalan məbləği cavabdeh özü ödəyəcəyi barədə rəsmi qəbz yazıb vermişdir. Avtomobili öz maddi vəsaiti və sığorta şirkətinin ödədiyi 5000 (beş min) manat hesabına təmir elətdirib. Dəfələrlə Cavabdeh ona dəymiş zərərin ödənilməsini tələb etsə də cavabdeh nmüxtəlif bəhanələrlə zərəri ödəməkdən yayınır. Bildirir ki, o, sığortadan əlavə avtomaşının təmirinə 4.000 (dörd min) manatdan da artıq pul xərcləyib. Humanistlik edərək, cavabdehdən ziyan aktı əsasında hesablanmış ziyandan sığorta şirkətinin ödədiyi 5000 (beş min) manatı çıxaraq yerdə qalan 3525 (üç min beş yüz iyirmi beş) manatı tələb edir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gələrək, bununla əlaqədar ödənilməmiş qalan ziyan 3525 manatı, ziyan aktının tərtibi ilə əlaqədar ödədiyi 40 manatı və ödədiyi dövlət rüsumu olan 56 manatı Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıya 8525 manat zərər dəyib, ondan 5000 manatını sığorta şirkəti ödəyib, yerdə qalan 3525 manatı qəbul edir, lakin həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur.Ancaq hissə-hissə ödəyə bilər. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib dilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 256 nömrəli ziyan aktından görünür ki, “Təbriz” firmasına məxsus avtotexniki təmir stansiyasının ustaları “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı 2005-cı il buraxlışı olan avtomaşına baxış keçirərək, qəza vaxtı dəymiş ziyan ümumi 8525 manat müəyyən edilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 489977 nömrəli mədaxil qəbzindən görünür ki, avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün İddiaçı tərəfindən Təbriz firmasına 40 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzasıyla təsdiq olunan əlyazma ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı İddiaçı məxsus “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin düzəlməsində sığorta xərcindən əlavə çəkilən xərcin ödənilməsinə özü cavbdehdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol ayrıcı qaydasını pozmuş, yol ayrıcından sürətlə gələrək, İddiaçı idarə etdiyi “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin hərəkət istiqamətinə çıxmış, nəticədə Cavabdeh məxsus avtomobilin arxa hissəsi İddiaçı idarə etdiyi avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Nəticədə “Mercedes Benz CLS350” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı 2005-cı il buraxlışı olan avtomaşına baxış keçirilən zaman avtomaşına 8525 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Həmin dəymiş ziyandan 5.000 (beş min) manat sığorta şirkəti tərəfindən ona ödənilmiş, qalan məbləği cavabdeh özü ödəyəcəyi barədə rəsmi qəbz yazıb vermişdir. İddiaçı hazırki iddia ərizəsiylə müraciət edərək, yerdə qalan 3525 manat maddi zərərin, dəymiş zərərin müəyyən edilməsi üçün Təbriz firmasına ödədiyi 40 manatın və 56 manat dəyərində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddianı 3525 manat maddi zərər hissəsində qəbul etsə də, maddi imkanı çətin olduğundan ödənişi həyata keçirə bilmədiyini qeyd etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh dəymiş maddi ziyana görə 3525 (üç min üç yüz iyirmi beş) manat, “Təbriz” firmasına dəymiş zərərin müəyyən edilməsi üçün ödənilmiş 40 (qırx) manat və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 3525 (üç min üç yüz iyirmi beş) manat, “Təbriz” firmasına dəymiş zərərin müəyyən edilməsi üçün ödənilmiş 40 (qırx) manat və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1788/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1788/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver