Məhkəmə qərarları › İş №2(027)-179/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-179/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-179/2025 13.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzinin cavabdehlər Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzi cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə QUBA Rayon Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 ilə Abşeron rayonu, Masazır qəsəbəsi Nizami Gəncəvi 68 ünvanında yaşayan fiziki şəxs vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 32 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 5 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X4 Mərkəzi Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi QaydasTna əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 32 nömrəli icarə müqaviləsi bağlamışdır. Belə ki, Cavabdeh müraciətini nəzərə alaraq, 5 saylı X4 Mərkəzi ilə (bundan sonra Mərkəz) onun arasında bağlanılmış xx.xx.2023-cü il tarixdə 32 nömrəli müqaviləyə əsasən Vəl-Vələ meşəbəyliyinin 32-ci kvartalının 10,21,27,28 və 29-cu .bölmələrində 11,8 ha meşə fondu torpağında gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumilikdə 11,8 ha torpaq sahəsi 15 (on beş) il Cavabdeh icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi və 5 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahəsinə baxış keçirilərkən 11,8 ha ərazidə meşə əkini işlərinin aparılmadığı müəyyən edilmişdir. Aşkar edilmiş fakt barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Dövlət meşə fondu torpağında meşə əkini işləri aparılmadığından və bununla da müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduğundan müqaviləyə xitam verilməsi barədə Cavabdeh təklif göndərilmiş (xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu), məktub ona daxil olduğu vaxtdan 10 gün müddətində müqaviləyə xitam verilməsi ilə razılaşıb və ya imtina etməsi barədə mövqeyini bildirməsi barədə ünvanımıza rəsmi cavab verilməsi xahiş edilmişdir. Cavabdeh müqaviləyə xitam verilməsi ilə bağlı təklifə münasibət bildirməmiş, ondan Mərkəzə hər hansı rəsmi cavab daxil olmamışdır. Göründüyü kimi, Cavabdeh icarə müqaviləsini bağladıqdan sonra hazırkı vaxtadək icarəyə götürdüyü torpaq sahəsində meşələrin bərpası məqsədi ilə meşə əkini işlərini aparmayaraq icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh QUBA rayonu, Əlik bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan meşə fondunun torpaqlarının icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 05 saylı müqavilədən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzi ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanaraq, 15 il müddətinə icarəyə verilmişdir. Həmin Müqavilənin 4.1.2-ci maddəsinə əsasən icarəçi tərəfindən 3 ay müddətində ilkin işlərə (torpaq hazırlığı, ərazinin çəpərlənməsi, suvarma sisteminin qurulması, müvafiq bağın salınması və s.) başlanılmadıqda müqaviləyə xitam verilə bilər. İş materiallarında olan 5 saylı RMTM-nin Vəl-vələ meşəbəyliyinin 20 iyun 2024-cü il tarixli aktından görünür ki, Vəlvələ meşəbəyliyinin 5 saylı dolayının 32-ci kvartalının ,28,29,34,43-cü bölmələrində 11.2 ha sahədə meyvə bağı salınması məqsədilə Cavabdeh ilə Mərkəz arasında 15 il müddətinə bağlanmış müqavilə xx.xx.2023-ci il tarixli 32 qeydiyyat nömrəsi ilə Meşələrin İnkişafı Xidmətində təsdiq edilmişdir. Sözügedən ərazi 11,2 ha ərazinin 5.0 ha sahəsində meşə əkinləri salınmış, qalan ərazinin bir hissəsində isə təxminən 8 ay bundan əvvəl torpaq hazırlığı işləri aparılmışdır. Hal-hazırda torpaq sahəsi baxımsız olaraq qalmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 32 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 5 saylı X4 Mərkəzinə təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05 saylı meşə fondunun torpaqlarının icarəyə verilməsi haqqında müqavilənin 4.1.2-ci maddəsinə əsasən icarəçi tərəfindən 3 ay müddətində ilkin işlərə (torpaq hazırlığı, ərazinin çəpərlənməsi, suvarma sisteminin qurulması, müvafiq bağın salınması və s.) başlanılmadıqda müqaviləyə xitam verilə bilər. Lakin, 5 saylı RMTM-nin Vəl-vələ meşəbəyliyinin 20 iyun 2024-cü il tarixli aktı ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin 11,2 ha ərazinin 5.0 ha sahəsində meşə əkinləri salınmışdır. Bununla da iş üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi qismən də olsa icra etmişdir. Nəzərə alınsa ki, icarəyə verlən torpaq sahəsi kifayət qədər böyükdür və həmin torpaq sahəsində qısa müddət ərzində torpaq hazırlığı, ərazinin çəpərlənməsi, suvarma sisteminin qurulması, müvafiq bağın salınması və s. kimi işlərin görülməsi vaxt tələb edir. İş üzrə iddiaçı icarə müqaviləsinin ləğv edilməsinə əsas olan möhtəbər sübütları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 31-ci maddəsinin 6-cı bəndinə əsasən Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin Vİ və Vİİ abzaslarına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir;. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələri İnkşafı Xidmətinin 5 saylı X4 Mərkəzinin cavabdehlər Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin təhvil verilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar