Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1793/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Gorenje” kondisioner və “xx” markalı kompüter üçün 2160 (iki min yüz altmış) manat ödənilməmiş hissə, 432 (dörd yüz otuz iki) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2622 (iki min altı yüz iyirmi iki) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nə ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2160 (iki min yüz altmış) manat olan (18 ay x 120 manat + 0 manat ilkin ödəniş) “Gorenje” kondisioner və “xx” markalı kompüter almış, lakin müqavilənin şərtlərini pozduğu üçün MMC-yə 2592 (iki min beş yüz doxsan iki) manat borcu yaranmışdır. İddiaçı “xxxxxxxxxxx” MMC-nin baş direktoru teleqram ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azər-bay-can Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməiddiaçının teleqramını nəzərdən keçirib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il tarixli 00890008 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən ümumi dəyəri 2160 (iki min yüz altmış) manat olan “Gorenje” markalı kondisioner və “xx” markalı kompüter almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMCyə2160 (iki min yüz altmış) manat ödənilməmiş hissə, 432 (dörd yüz otuz iki) manat dəbbə borcu olmaqla, ümumilikdə 2592 (iki min beş yüz doxsan iki) manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə yaranmış borcu ödəmədiyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “xxxxxxxxxxx” MMC adından dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müddətli alqı-satqı müqaviləsi əsasında iddiaçı “xxxxxxxxxxx” MMC-dən kreditlə məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında ödəniş cədvəli üzrə məhsulun məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan məhsul almasına dair hüququndan istifadə etmiş, məhsulun dəyərini, həmin məbləğdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC nisyə verdiyi məhsulun dəyərini, həmin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məçəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 2160 (iki min yüz altmış) manat təşkil etdiyi halda, 432 (dörd yüz otuz iki) manat məbləğində dəbbə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə borcu 32 (otuz iki) manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş hissə 2160 (iki min yüz altmış) manat, 32 (otuz iki) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2222 (iki min iki yüz iyirmi iki) manat məbləğdə pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş hissə 2160 (iki min yüz altmış) manat, 32 (otuz iki) manat dəbbə pulu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 2222 (iki min iki yüz iyirmi iki) manat məbləğdə pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1793/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1793/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver