Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1799/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “borc tələbinə” dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5396 manat əsas borc, 3331,48 manat faiz borcu, 19,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5747,87 manat məbləğdə kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 5800 manat kredit götürüb. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırıb.xx xxxx 2020-dək Cavabdeh banka xx xxxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə 5396.82 manat əsas borc, 331.48 manat faiz borcu və 19.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5747.87 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı hüquqlarından istifadə edərək, yaranmış borcun banka qaytarılmasını təmin etmək məqsədilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5396 manat əsas borc, 3331,48 manat faiz borcu, 19,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5747,87 manat məbləğdə kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə bankın nümayəndəsinin iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azər-bay-can Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməiddiaçının teleqramını nəzərdən keçirib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 24-Y-2-0-1665-19 nömrəli kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxx” İKB ASC -dən 5800 (beş min səkkiz yüz ) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yəəsas borc üzrə 5396,82 (beş min üç yüz doxsan altı manat səksən iki qəpik) manat, faiz borcu üzrə 331.48 (üç yüz otuz bir manat qırx səkkiz qəpik) manat, cərimə borcu üzrə19,57(on doqquz manat əlli yeddi qəpik) manat borcu olmaqla, ümumilikdə 5747,87 (beş min yeddi yüz qırx yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh “xxxxxx” İKB ASC-yəyaranmış borcu ödəmədiyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, “xxxxxx” İKB ASC tərəfindən dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışdan görünürki, Cavabdeh ünvan 1ünvanda qeydiyyatdadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 5800 manat kredit götürüb. Lakin cavabdeh ödəniş cədvəli əsasında müəyyən olunmuş müddətə borcu ödəməmiş və nəticədə xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xxxxxx” İKB ASC-yəəsas borc üzrə 5396,82 (beş min üç yüz doxsan altı manat səksən iki qəpik) manat, faiz borcu üzrə 331.48 (üç yüz otuz bir manat qırx səkkiz qəpik) manat, cərimə borcu üzrə19,57(on doqquz manat əlli yeddi qəpik) manat borcu olmaqla, ümumilikdə 5747,87 (beş min yeddi yüz qırx yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı-yəəsas borc üzrə 5396,82 (beş min üç yüz doxsan altı manat səksən iki qəpik) manat, faiz borcu üzrə 331.48 (üç yüz otuz bir manat qırx səkkiz qəpik) manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məçəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 5396 (beş min üç yüz doxsan altı) manat səksən iki qəpik, faiz borcu üzrə 331 (üç yüz otuz bir) manat qırx səkkiz qəpik, 09 (doqquz) manat 57 qəpik cərimə borcu, ümumilikdə 5738 (beş min yeddi yüz otuz səkkiz) manat 07 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin olunsun. Cavabdeh əsas borc üzrə 5396 (beş min üç yüz doxsan altı) manat səksən iki qəpik, faiz borcu üzrə 331 (üç yüz otuz bir) manat qırx səkkiz qəpik, 09 (doqquz) manat 57 qəpik cərimə borcu, ümumilikdə 5738 (beş min yeddi yüz otuz səkkiz) manat 07 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı -nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1799/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1799/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver