Məhkəmə qərarları › İş №2(027)-1799/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1799/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1799/2021 09.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 366,85 manat, faiz borcu 77,28 manat, cərimə borcu 55,03 manat, həmçinin ərizəyə görə ödənilmiş 20,40 manat dövlət rüsumunun, ümumilikdə 519,56 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, iddia ərizəsini Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC nümayəndəsi X1 imzalamış, ərizəyə əlavə olunmuş 05 mart 2021-ci il tarixli etibarnamədə ona o cümlədən iddia ərizələri vermək və iddia ərizələrini imzalamaq səlahiyyətlərinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin İdarə Heyətinin sədri Samir İsgəndərov tərəfindən verilməsi göstərilmişdir. X2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin İdarə Heyətinin sədri olması və cəmiyyətin adından iddia ərizələri vermək və onları imzalamaq barədə səlahiyyətlərini kiməsə verməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Bu da hazırkı iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, qərara a l d ı m: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar