Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1800/2022 05.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-462/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və ondan hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, qızının xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyi, məhkəmə iclasını onun iştirakı olamadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(037)-462/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə arasında 19 avqust 2009-cu il tarixdə bağlanmış və Quba rayon Qeydiyyat şöbəsində 243 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş və birgə nikahdan doğulmuş 07 sentyabr 2006-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılmış və onun yetkinlik yaşma çatana kimi saxlanması ticün Cavabdeh hər ay 70 ( yetmiş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Buna baxmayaraq Cavabdeh onu da vaxtında ödəmir və eyni zamanda da əvvəlki ayların bir çoxu yığılıb qalır. Aliment təyin olunan gündən artıq uzun müddət keçmiş, himayəsində olan qızı X3 böyümüş, cavabdeh isə nə köhnə ayları, nədə ki, təzə ayları vaxında ödəmir. Bu formada ödənilən aliment uşağın tələbatını ödəmir. Lakin belə bir vəziyyətin mövcudluğu cavabdehi narahat etmir. Həmçinin də o, fərdi işlərdə işləməklə ayda 1000 manata qədər qazanc əldə etdiyi halda, uşağın saxlanılması üçün alimenti ödəmək istəmir. Cavabdehin maddi vəziyyətinin onun maddi durumundan qat-qat yaxşı olduğunu, himayəsində uşağın olmamasını nəzərə alıb, uşağın saxlanması ücün ondan hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutlmasmı məqsədə uyğun hesab edir Buna görə də, məhkəməyə müraciət etmək qərarına gələrək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-462/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və ondan hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(037)- 462/2013 saylı qətnaməsilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 19 avqust 2009-cu il tarixdə bağlanmış və Quba rayon Qeydiyyat şöbəsində 243 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydinin pozulması, 07 sentyabr 2006-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması və 07 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq, 70 ( yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07 sentyabr 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. Atası Cavabdeh, anası İddiaçı qeyd edilib. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, İsmayıllı rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(037)-462/2013 saylı qətnaməsilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 19 avqust 2009-cu il tarixdə bağlanmış və Quba rayon Qeydiyyat şöbəsində 243 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydinin pozulması, 07 sentyabr 2006-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması və 07 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq, 70 ( yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı İsmayıllı rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(037)-462/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 07 sentyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini tələb edir. Bununla bağlı cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbilə bağlı fiki və iradını bildirməmişdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-462/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-462/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1800/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1800/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver