Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1803/2020 22.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq cavabdeh X1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq cavabdeh X1 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə nikahı xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların xx.xx.2012-ci il tarixdə Röyal adlı uşağı doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan nikahları məhkəmə qaydasında pozulmuş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1840/2013 saylı qətnaməsi ilə X1 xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda Röyal məktəbdə təhsil alır və təyin edilmiş aliment məbləği uşağın maddi ehtiyaclarını qarşılamır. Uşağın geyim, təhsil və digər xərcləri onun üzərinə düşür, lakin bunları o, tək başına çatdıra bilmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, əvvəllər işlədiyinə görə uşağın ehtiyaclarını ödəmişdir. Hazırda o, heç yerdə işləmir və bu səbəbdən uşağın maddi tələbatlarını ödəyə bilmir. Qeyd etdiklərini nəzərə alaraq, uşağın saxlanılması üçün cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul edərək, bildirdi ki, uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 985148 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Babayev Röyal Əlibaba oğlu xx.xx.2012-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında X4, ana qrafasında İddiaçı göstərilmişdir; Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 155 nömrəli arayışdan görünür ki, X4 ilə İddiaçı nikahı xx.xx.2012-ci il tarixdə bağlanmış, 2013-cü ilin noyabr ayında nikanları pozulmuşdur; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1840/2013 saylı qətnaməsindən görünür ki, X1 xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(067)-1840/2013 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-1840/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən X1 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq olunduqda, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 70 (yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə mövcud 80 (səksən) manat aliment artırılaraq, hər ay 150 (bir yüz əlli) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 840 (səkkiz yüz qırx) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmişxx.xx.2013-cüil tarixdən qüvvəyə minmiş dəyişikliklərə görəhəmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Babayev Röyal Əlibaba oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 1840/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən X1 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1803/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1803/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver