Məhkəmə qərarları › İş №2(027)-1808/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1808/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1808/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxxxx” MMC -nin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacməmməd oğlu ilə“xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi; Cavabdeh kreditor “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə 800.48 manat əsas borcu, 5.12 manat faiz borcu olmaqla, cəmi 805.60 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı “xxxxxxxx” MMC -nin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, “TBC X6 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2019-cıı il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla, 60 (altmış) ay müddətinə 801.68 (səkkiz yiiz bir) manat məbləğində güzəştli kredit verilişdir.Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 1.00 (bir) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 17.00 (on yeddi) manat ödəniş etməli idi. Beləliklə, xx xxxxxxxx 2020-ci il tarixi üçün Cavabdeh xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112- 2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 800.48 manat əsas borcu, 5.12 manat faiz borcu olmaqla, cəmi 805.60 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilməsi, Cavabdeh iddiaçı “xxxxxxxx” MMC -nin xeyrinə 800.48 manat əsas borcu, 5.12 manat faiz borcu olmaqla, cəmi 805.60 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə tərəflərin iştirakını təmin etmək məqsədilə məhkəmə iclasın yeri və vaxtı barədə lazımı qaydada məlumat versədə, cavabeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5- ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan baxılmasını qanunamüvafiq hesab edir. Мəhkəmə iddiaçı “xxxxxxxx” MMC-nin nümayəndəsi X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cıı il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla, 5 (beş) il müddətinə 801.68 (səkkiz yiiz bir) manat məbləğində güzəştli kredit vermişdir. İş materiallarında olan maliyyə arayışına əsasən xx xxxxxx 2019-cıı il tarixli KHAC1-8112- 2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh xx.xx.2020- ci il tarixə kimi 800.48 manat əsas borcu, 5.12 manat faiz borcu olmaqla, cəmi 805.60 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, “xxxxxxxx” MMC iddia tələbinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh Quba rayonu İspik kəndində qeydiyyatdadaır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh kreditor “xxxxxxxxxx” BOKT MMC qarşısında 800.48 manat əsas borcu,5.12 manat faiz borc olmaqla, cəmi 805.60 manat məbləğində borc təşkil edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112-2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilməsini, Cavabdeh iddiaçı “xxxxxxxx” MMC -nin xeyrinə 800.48 manat əsas borc, 5.12 manat faiz borcu olmaqla, cəmi 805.60 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KHAC1-8112- 2397 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh 800.48 ( səkkiz yüz) manat qırx səkkiz qəpik əsas borc, 05 (beş) manat on iki qəpik faiz borcu, cəmi 805 (səkkiz yüz beş) manat, altımış qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub iddiaçı “xxxxxxxx” MMC -nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar