Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-181/2023 04.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “əmlakın cavabdehlərin qeyriqanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, onlara və digər ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən, oradan bildirmişlər ki, torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəsini Cavabdeh onların razılığı olmadan uzun müddətdir kı, istifadə edir. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən torpaq sahələrinə qanunsuz olaraq yol çəkilərək, istifadəyə verilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh, digər İddiaçı1 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına görünür ki, İddiaçı2, X2 və digər ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair hər hansı alğı-satqı müqaviləsi aşkar edilməmişdir İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı2 və X1 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayonu Mirzəqışlaq kəndində yerləşən torpaq sahəsi üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və X2 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən, İddiaçı2, X2 və digər ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının qərarı ilə ünvan 1i ərazisindən kənd təsərrüfatı təyinatlı 1,88 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmədən Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və X1 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən Quba rayonu Mirzəqışlaq kəndində yerləşən torpaq sahəsi üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən İddiaçı2 və X2 ünvan 1ində verilmiş torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsi üst-üstə düşür. İş üzrə keçirilmiş mütəxəssis rəyilə, iş materialları ilə iddiaçıların torpaq sahəsinə Cavabdeh tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.7499 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Lakin, həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına Cavabdeh adına qeydiyyata alınması hansı alğı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməmişdir. Belə ki, Quba Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı1 və onun ailə üzvlərinə məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair hər hansı alğı-satqı müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsini Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq iddiaçılar İddiaçı2, İddiaçı1 verilməli və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0099 seriyalı, kod 30319038 saylı Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 1,88 ha torpaq sahəsi Cavabdeh qeyri-qanuni sahibliyindən alınsın, torpaq sahəsi iddiaçılar İddiaçı2, İddiaçı1 qaytarılsın və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-181/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-181/2023
04.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver