Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1812/2024 30.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəlim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 hər birinin saxlanması üçün aliment məbləğini xx.xx.2024-cü il tarixdən etibarən hər ay 250 manat təyin edərək Cavabdeh tutulması barədə qətnamə çıxaralımasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş uşaqları Fatimə və İlkinin yetkinlik yaşına çatandək saxlanmaları üçün hər birinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları Quba rayon məhkəməsinin 07 may 2018-ci il tarixli 2(027)-1330/2018 saylı qətnaməsilə pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 nikah pozulandan sonra onun yanında saxlanılmış, onların saxlanması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay Cavabdeh aylıq qazancınınn və başqa gəlirlərinin üçdə biri miqdarında, eyni zamanda hər ay hər uşağa görə əlavə 46 manat sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 70 manat məbləğində aliment tutlaraq mənə edənilməsi qət edilmişdir. Lakin cavabdeh uzun müddət alimentin ödənilməsindən qəsdən vicdansızcasına yayınmış, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 3276 manat aliment borcu yaranmış, hətta onun barəsində borclunun məcburi gətirilməsi, axtarış elan edilməsi və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs tədbirləri görülmüşdür. Lakin cavabdeh yenə də aliment öhdəliklərini vicdanla yerinə yetirmir, heç yerdə işləməyən onun və uşaqlar üçün ciddi problemlər yaradır və məhrumiyyətlərinə səbəb olur. Faktiki o ahıl atası Nurəliyev Nemanın günəmuzd fəhləliklə qazancı hesabına mövcud olmağa məhkum edilmişlər. Eyni zamanda bildiyimiz kimi ilildən уaşamaq bir yana mövcud olmaq belə gün-gündən çətinləşir, hər il "inflyasiya, bahalaşma, zəruri malların belə qiymətlərinin bahalaşması fonunda onların kimi aşağı kütlənin, sadə insanların maddi durumu pisləşir, yaşayış bahalaşır, uşaqlar böyüdükcə onların zəruri tələbatları da artır və nəticədə biz qeyd etdiyi kimi ağır,acınacaqlı vəziyyətə düşür. Ona görə də Azərbaycan Respublikasının Prezidenti hər il yaşayış minimumun artırılması barədə Sərəncam verir,ona uyğun olaraq həm də uşaqların saxlanması üçün alimentin minimum həddini müəyyənləşdirir. Məlum olduğu kimi 2024-cü il üçün həmin məbləğ hər uşağa görə 235 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, cavabdeh uşaqların saxlanılmasında ona kömək etmir. Cavabdehin hazırda 4800 manat aliment borcu vardır. Özü isə mağazada işləyir, 250 manat əmək haqqı alır. Uşağların saxlanmasında çətinlik çəkir. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 763778 №-li və AZ-İİİ 884739 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı Mehman qızının birgə nikahından xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2016-cı il tarixdə X6 doğulmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 1330/2018 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarxli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 X3 yanında qalması və xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında, eyni zamanda hər ay hər uşağa görə 46 sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 70 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2023-00819 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1330/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında, eyni zamanda hər ay hər uşağa görə 46 sabit pul məbləğində aliment və X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 70 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 250 manat olmaqla, iki uşağa cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1330/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 1330/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa ayda 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1812/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1812/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver