Məhkəmə qərarları › İş №2(027)-182/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-182/2023

28.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-182/2023 28.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən naturada istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evindən naturada istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Zizik kəndində yerləşən ona 3/4 hissədə məxsus olan, 1/4 hissədə Cavabdeh məxsus olmaqla, ona ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsindən, cavabdehə isə yaşayış evinin birinci mərtəbəsindən istifadə etmək qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Quba rayonu, Zizik kəndində yerləşən ona 3/4 hissədə məxsus olan, 1/4 hissədə Cavabdeh məxsus olmaqla, ona ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsindən, cavabdehə isə yaşayış evinin birinci mərtəbəsindən istifadə etmək qaydalarının müəyyən edilməklə, naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X3 məxsus 142,2 kvm sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2449/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi Cavabdeh və uşaqlarının Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla X3 məxsus evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi, qalan hissədə, yəni iddiaçının və uşaqlarının mübahisəli evə köçürülmələri hissəsində qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışına əsasən yaşayış evinin 3/4 hissəsi ona, 1/4 hissəsi isə Cavabdeh məxsusdur. O, anası ilə həmişə evin ikinci mərtəbəsində yaşamış və vərəsəlik şəhadətnaməsi əsasında yaşayış evinin 3/4 hissəsi ona keçdikdən sonra da o, anası ilə ikinci mərtəbədə yaşayır. Cavabdeh ona yaşayış evinin 1/4 hissəsi keçənə kimi də evin birinci mərtəbəsində yaşamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci i tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələrinin icrası ilə əlaqədar, aralarında evin istifadə qaydalarına dair cavabdeh mübahisə yaratmış və təkid etmişdir ki, uşaqları ilə birlikdə yaşayış evini ikinci mərtəbəsində yaşasın. Bununla əlaqədar Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru qətiyyən qanuna hörmət qoymadan, cavabdehin tələbi ilə onu və uşaqlarını yaşayış evinin ikinci mərtəbəsinə daimi yaşaması üçün imkan vermədiyinə görə onu inzibati məsuliyyətə cəlb edərək, məhkəmədə 500 manat cərimə olunmağıma nail olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələrində cavabdehin sadəcə uşaqları ilə evə köçürülməsi qət edilmişdir. Yaşayış evinin 3/4 hissəsi ona məxsus olduğundan 1/4 hissəsi isə Cavabdeh məxsus olduğundan, o, yaşayış evinin ikinci mərtəbəsində, o isə evin birinci mərtəbəsində yaşamalıdır. Məhkəmə qətnaməsinə əsasən, mülkiyyət hüququ əsasında yaşayış evinin yuxarıda qeyd edilən paylara uyğun olaraq, yaşayış evinin ikinci mərtəbəsində onun və anasının, birinci mərtəbəsindən isə cavabdehin istidafə qaydaları müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddia tələbini qismən qəbul edərək, eyni zamanda iddia ərizəsinə etiraz verərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan yaşayış evinin birinci mərtəbəsi istifadəyə yararsız olduğundan hazırda azyaşlı uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsində qalır. Evin naturada bölünməsi mümkün deyildir. Məhkəmə qətnaməsi ilə onun uşaqları ilə birlikdə həmin evdən istifadə hüququ yaranmışdır. Göstərilənləi nəzərə alaraq, onun da Quba rayonu, Zizik kəndində yerləşən 142,2 kv.m. sahəsi olan evin ikinci mərtəbəsindən də istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.m fərdi yaşayış evinin 1/4 hissəsi və Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin 7/16 hissəsinə Cavabdeh, Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.m fərdi yaşayış evinin 3/4 hissəsi və Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin 3/16 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş texniki pasportun surətindən görünür ki, Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.m fərdi yaşayış evi X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, X5 və X4 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X3 məxsus 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülmələri müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2449/2020 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi Cavabdeh və uşaqlarının Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla X3 məxsus evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilməsi və iddia həmin hissədə təmin edilməməsi, iddiaçının və uşaqlarının mübahisəli evə köçürülmələri hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)- 890/2022 saylı qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2171 saylı rəyindən görünür ki, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.metr olan fərdi yaşayış evindən texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə 3/4 hissədə olmaqla cəmi 108.0 kv.metr sahənin iddiaçının istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3.4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla 1/4 hissədə cəmi 34.3 kv.metr sahənin cavabdehin istifadəsində qalmaqla payların iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən bölünməsinin mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın çıxarışına əsasən Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.m fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı birgə mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları ilə Quba rayonu, Zizik kədində yerləşən 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınması və həmin evə köçürülmələri müəyyən edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2449/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1012/2020 saylı qətnaməsi Cavabdeh həmin evdən istifadə hüquqlarının tanınması hissəsində ləğv edilmiş və qətnamə Cavabdeh və uşaqlarının mübahisəli evə köçürülməsi hissəsində qüvvədə qalmışdır. Hazırda İddiaçı və Cavabdeh mübahisə predmeti olan evdə birgə yaşayırlar. Qeyd edilən mənzilə dair Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyindən görünür ki, Quba rayonu, Zizik kədində yerləşən 142,2 kv.metr sahəsi olan yaşayış evinin texniki bölünməsinin mümkünlüyü müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **********54- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142,3 kv.metr olan fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə 3/4 hissədə olmaqla cəmi 108.0 kv.metr sahə İddiaçı istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla 1/4 hissədə cəmi 34.3 kv.metr sahə Cavabdeh istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142,3 kv.metr olan fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə 3/4 hissədə olmaqla cəmi 108.0 kv.metr sahə İddiaçı istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla 1/4 hissədə cəmi 34.3 kv.metr sahə Cavabdeh istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar