Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1822/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3183,11 (üç min bir yüz seksən üç manat on bir qəpik) manat məbləğində əsas borc və 1256,53 (bir min iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4439,64 (dörd min dörd yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində borcun və 30,4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01.10.2019-cu il tarixli, 301804-776870/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 26,5% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 30.07.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3183,11 (üç min bir yüz seksən üç manat on bir qəpik) manat məbləğində əsas borc və 1256,53 (bir min iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4439,64 (dörd min dörd yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı ASC məhkəməyə göndərdiyi elektron məktubunda mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, həqiqətən də bankdan 4000 (dörd min) manat məbləğində kredit almış və hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Pandemiya ilə bağlı işdən çıxmış, ona görə ödəniş etməyə maddi imkanı olmamışdır. Ödəniş qrafiki ilə bağlı bank əməkdaşları ona zəng edərək banka dəvət etmişlər. Pandemiya ilə bağlı qurulmuş postlara görə həmin ərəfədə banka yaxınlaşa bilməmişdir. Sonradan banka getdiyində problemli kreditlər şöbəsinin əməkdaşının işdə olmaması səbəbindən növbəti dəfə gəlməsini təklif etmişlər. Lakin o, növbəti dəfə banka gedə bilməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 01.10.2019-cu il tarixli 301804-776870/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh şəxsi istehlak məqsədli ilə qaytarmaq, faizlər ödəmək şərtilə 36 ay müddətinə illik 26,5% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir; - 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 01.10.2019-cu il tarixli 301804-776870/1 nömrəli krediti müqaviləsi üzrə Cavabdeh 30.07.2021-ci il tarixə 3183,11 (üç min bir yüz seksən üç manat on bir qəpik) manat məbləğində əsas borc və 1256,53 (bir min iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4439,64 (dörd min dörd yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində qalıq borcu vardır; - kassa məxaric orderindən görünür ki, 16.08.2019-cu il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində kredit pul verilmiş, Ruhulla Şabutov həmin məbləğin alınması barədə sənədə imza etmişdir; - 01.10.2019-cu mədaxil qəbzindən görünür ki, Cavabdeh İddiaçı ASC hesabına 01.10.2019-cu il tarixdə 4000 (dörd min) manat pul ödəmişdir; - 06.04.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; - 02.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir; - 04.06.2021-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Vladimirovka kəndində qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 01.10.2019-cu il tarixli 301804-776870/1 nömrəli nömrəli kredit müqaviləsi üzrə 3183,11 (üç min bir yüz seksən üç manat on bir qəpik) manat məbləğində əsas borc və 1256,53 (bir min iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4439,64 (dörd min dörd yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 30,40 (otuz manat qırx qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 01.10.2019-cu il tarixli 301804-776870/1 nömrəli kredit müqaviləsi üzrə 3183,11 (üç min bir yüz seksən üç manat on bir qəpik) manat məbləğində əsas borc və 1256,53 (bir min iki yüz əlli altı manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4439,64 (dörd min dörd yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1822/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1822/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver