Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1824/2024 01.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi X7, Cavabdeh nümayəndəsi qismində vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)- 783/2019 mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 05 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli manat) məbləğində müəyyən edilməsi və mediasiyaya ödənilən 60 (altımış) manat rüsumun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbində texniki səhv nəticəsində yol verilmiş hallar aradan qaldırılaraq, “X8”nun adının çıxarılmasını, əvəzinə “Cavabdeh” nun adını əlavə olunmasının və nikahın pozulmasını iddia tələbinə əlavə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 may 2015-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 05 may 2016-cı il tarixdə bir uşağları - X10 anadan olmuşdur. Qızı onun himayəsindədir. Quba rayon Məhkəməsinin 2(027)-783/2019 mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə 05 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 yanvar 2019-cu il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirini 1/4 (dörtdə bir ) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi və xx.xx.2019 - ci il tarixdən başlayaraq Cavabdeh X10 üçün çəkilməsi zəruri olan əllavə xərclərə görə 30 manat sabit pul məbləği tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmuşdur. O uşağı təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən müəyyən miqdarda aliment uşağın təlabatlarnı heç cür ödəmir. Cavabdeh isə əlavə gəlirləri olsa da heç bir maddi köməklik göstərmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının nikahın pozulmasını tələb etdiyini, həmçinin iddianın həm nikahın pozulması, həm də alimentin miqdarının artırılması hissələrində təmin olunmasını və 250 manat aliment müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində vəkili X4 izahatında bildirmişdir ki, cavabdeh müntəzəm olaraq 693 manat əmək haqqı alır, əlilliyinə görə də 363 manat da pensiya alır, alimentin miqdarı ümumi məbləğin ¼ miqdarında götürülsə, bu da təxminən 220 manat sabit pul məbləği civarında müəyyən oluna bilər. Uşağın gələcək mənafeyini nəzərə alaraq hesab edir ki, alimenti 220 manat sabit pul məbləğində qəbul edilməsi qənaətbəxş hesab oluna bilər və iddianı qismən qəbul edərək, cavabdehin nikahın pozulmasına etiraz etmədiyini və alimentin 220 manat sabit pul məbləğində müəyyən edilməsin xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi qismində vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-783/2019 mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə 05 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 16 yanvar 2019-cu il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirini 1/4 (dörtdə bir ) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi və xx.xx.2019-ci il tarixdən başlayaraq Cavabdeh X10 üçün çəkilməsi zəruri olan əllavə xərclərə görə 30 manat sabit pul məbləği tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA2192240 seriyalı şəxsiyyət vəsiqəsini surətindən görünür ki, tərəflərin nikahından 05 may 2016-cı il təvəllüdlü X10 doğulmuşdur İş materiallarında olan AZ-İİ 033082 seriyalı seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında 25 may 2015-ci il tarixdə Quba rayonu, Qeydiyyat şöbəsində nikah bağlanmış və akt qeydləri kitabında 158 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ/MT/027/2024- 00630 saylı arayışdan göründüyü kimi, Cavabdeh X5 iştirak etməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulması razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Tərəflər nikahın pozulmasına qarşılıqlı razılıq ifadə etdiklərini və tərəflərin ailə münasibətlərinin faktiki kəsildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür və ona görə də aralarında olan nikah pozulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh ilə X9 arasında 25 may 2015-ci il tarixdə Quba rayonu, Qeydiyyat şöbəsində nikah bağlanmış və akt qeydləri kitabında 158 nömrə ilə qeyd edilmiş nikahın pozulması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu müəyyən etməlidir. Tərəflər boşanmadan sonra yetkinlik yaşına çatmayan övladlarının valideynlərindən hansının yanında qalması ilə bağlı mübahisələrinin olmadığını təsdiq etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-783/2019 mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qazancının və başqa gəlirini 1/4 (dörtdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 250 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, azyaşlı hazırda iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayır. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağın aylıq xərcinin 250 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun müddət keçməsi halının, bu halın isə uşağın zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşağın üstün mənafeyini, onun daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə cavabdehin müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşağın maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər ay 220 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin, alimentin artırılması barədə iddia tələbləri üzrə qəbul edilmiş qətnamələr qanuni qüvvəyə mindiyi gündən hesablanır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 mart 2016-cı il tarixli Qərarından görünür ki, Qərarın 8.14cü bəndinə əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 60 (altımış) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 25 may 2015-ci il tarixdə Quba rayonu, Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 158 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Həmin nikahdan olan 05 may 2016-cı il təvəllüdlü X6 anası - Rüstəmova (Rəcəbova) Şəbnəm İlqar qızının yanında qalması müəyyən edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-783/2019 mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 05 may 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Rüstəmova (Rəcəbova) Şəbnəm İlqar qızının xeyrinə ödənilsin. Mediasia xidmətilə bağlı ödənilmiş 60 (altımış) manat vəsait cavabdehdən tutularaq iddiaçının xeyrinə ödnilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1824/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1824/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver