Məhkəmə qərarları › İş №2(027)-1830/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1830/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1830/2023 07.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 iyun 2023-cü il tarixdə aldığı dörd baş iri buynuzlu malın dəyəri 3620 manat (üç min altı yüz iyirmi) manat vurduğu ziyanı və ödənilmiş 56 manat dövlət rüsumunun, ümumilikdə 3676 (üç min yeddi yüz altı manat) pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X7 26 iyun 2023-ci il tarixdə, Şabran rayon Çayqaraqaşlı kəndində müvəqqəti yaşadığı fermaya gələrək ondan 4 baş iri buynuzlu mal alaraq 4 gün müddətinə aldığı 4 baş iri buynuzlu malın dəyəri 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğində nisyə şərti ilə öz aralarında razılaşmışlar. Lakin cavabdehə 4 gün keçdikdən sonra zəng edib ki, aldığı 4 baş iri buynuzlu malın 3720 manat borcu ödəsin, cavabdeh isə ona müxtəlif bəhanələr edərək sonradan onun nömrəsini bloka ataraq cavab verməmişdir 1 həftə keçdikdən sonra o yenidən cavabdehi axtarmaq məcburiyyətində qalaraq Şabran rayon polis əməkdaşına şikayət etmişdir. Polisə gəlibgetdikdən sonra cavabdeh cəmi ona 100 manat pul ödəyərək 3620 manat borclu qalmış, bir müddət sonra cavabdeh ona müxtəlif yalan vədlər versə də, sonuncu dəfə cavabdeh ona bildirib ki, “get kimə istəyirsən şikayət et pul verən deyiləm” deyərək sanki onu təhqir etmişdir. O özü ailəliklə əzab-əziyyətlə qışlaq yaylaq və kəndlərdə yaşayaraq dolanışığı üçün heyvan saxlayır, belə insanlar isə ona həm mənəvi həm də maddi ziyan vururlar. Cavabdehin bu hərəkətlərindən belə qənaətə gəlib ki, məhkəməyə ərizə ilə müraciət etsin. Odur ki, məcbur qalaraq cavabdehin onu aldatmasına və ona olan borcun verilməsindən yayınmasına görə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun heyvanları Cəfərsadiq Səmədovun fermasında onun heyvanları ilə bir yerdə olub, heyvanların hamısı peyvənd olunub, heç bir xəstəlikləri olmayıb. Qalib onunla razılaşaraq ondan 4 baş heyvan alıb, ümumi qiyməti 4750 manata razılığa gəlmişlər. Həmin puldan ona heyvanları aparanda 1000 manat verərək, qalan pulu da 4-5 günə gətirib verəcəyini demişdir. Lakin yerdə qalan 3750 manatdan 30 manat oğlunun kartına vurub, 100 manatda sonradan vermişdir. Cavabdehlə gəldiyi razılığa görə cavabdeh ona cəmi 3620 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o Şabran rayon Çayqaraqaşlı kəndində yerləşən fermanın sahibidir və İddiaçı fermada fəhlə işləyir, həm də öz heyvanlarını orada saxlayır. Qalib fermaya gələn gün o da orada olmuş və o Ağamirdən iribuynuzlu hevanlarını almaq istədiyini və heyvanlarını ona satmasını xahiş etmişdir. Sonradan o öz işinin dalınca getmiş, Ağamirlə Qalib qiymət barədə razılaşdıqda, yanlarında olmamışdır. Ssonradan Ağamirdən məsələnin nə yerdə qaldığını soruşduqda, 3720 manata razılaşaraq bir-neçə günə qaytarmaq şərtilə heyvanları Qalibə satdığını demişdir. Ona nağd olmadan mal satdığına irad bildirmiş və Qalibin ona söz verdiyini, 4-5 günə pulunu gətirəcəyini bildirmişdir Lakin bu günə kimi pulu verilməmişdir. Əlavə edərək təhqiqat zamanı heyvanların xəstəliyi ilə bağlı cavabdehin bildirdiklərinin də yalan olduğunu, belə ki, heyvanlıara peyvənd vurdurduğunu, heyvanlarda xəstəlik olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixində Şabran RPŞ-nə Şabran rayon Çayqaraqaşlı kəndində Qalib adlı şəxsə satdığı 3720 manat dəyərində 4 baş iribuynuzlu heyvanın pulunu ala bilməməsilə bağlı etdiyi müraciətinə baxılaraq, Cavabdeh izahatı alınmış, müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh Şabran RPŞ-də verdiyi izahatında bildirmişdir ki, o xırda və iribuynuzlu mal-qara alıb satır. Xırdabuynuzlu hevan alıb-satmaq məqsədilə o Şabran rayon Çayqaraqaşlı kəndində Ağamirlə görüşüb və ondan 5 baş qoyun və at almışdır. Sonradan Ağamir ona zəng vuraraq onda iribuynuzlu heyvanın olduğunu demiş, 4 iribuynuzlu malların satışı barədə razılaşmış, heyvanlardan birinin pulunu vermiş, digərləri üçün heyvanları satdıqdan sonra pulunu verəcəyini razılaşmışlar. Ağamir həm də ona demişdir ki, malları azarlanıb, neçəsi ölüb, ona görə hamısını satmaq istəyir. Buna baxmayaraq o yenə də ona kömək eləmək məqsədilə onun heyvanlarından 4 iri buynuzlu mal almışdır. Aldığı heyvanları sata bilməmiş, onlar qızdırmadan öldüyü üçün ziyana düşmüşdür. Hal-hazırda maddi imkanı çətin olduğundan onun pulunu verə bilmir. Lakin qısa zamanda pulunu qaytaracağına söz vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsindən verilən 20 sentyabr 2023cü il tarixli arayışında qeyd edilir ki, Şabran rayon Çayqaraqaşlı kəndində X2 təsərrüfatında 71 baş İBH mövcuddur, həmin heyvanlarda 2023-cü il qara yara, dabaq, çiçək, bruselyoz (Rev-1) xəstəliyinə qarşı proflaktik peyvəndləmə aparılmışdır. İş üzrə aqrobazar.com, ferma.az və heyvanbazarı.az saytlarından əldə olunmuş məlumatlardan göründüyü kimi, 1 ədəd iri buynuzlu mal-qaranın satışı fərdi göstəricilərdən asılı olaraq 1500-2000 manat civarında təklif olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğısatqı barədə razılıq əldə olunmuş, müqaviləsi bağlanılmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər müqavilənin predmeti qismində mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, iri buynuzlu malların dəyəri 3620 manat (üç min altı yüz iyirmi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3620 manat (üç min altı yüz iyirmi) manat və 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar