Məhkəmə qərarları › İş №2(027)-1832/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1832/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1832/2023 10.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu 5 saylı X6 Mərkəzinin Cavabdeh1 və Cavabdeh2 qarşı tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: 5 saylı X6 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Meşə Fonduna vurulmuş 578,10 manat ziyanın X5 Agentliyindəki Benifisiarın adı: Quba (5 saylı) X6 Mərkəzi, Benifisiarın hesabı: AZ95CTRE**********0005194701, VÖEN: **********, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1 hesaba ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı 5 saylı X6 Mərkəzinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, 5 saylı X6 Mərkəzinin Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hesab edirəm ki, 5 saylı X6 Mərkəzinin nümayəndəsi X2 ərizəsinə əsasən 5 saylı X6 Mərkəzinin Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : 5 saylı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar