Məhkəmə qərarları › İş №2(027)-1841/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1841/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1841/2021 11.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh Məmmədşərifov Rahim Kəbətulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan cəmi 620 manat məbləğində borc pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Möhüc kəndində yaşayır. Ona məxsus QAZ-24 markalı 10HS659 qeydiyyat nişanlı maşının təmirə ehtiyacı olduğu üçün usta yanına aparmışdır. Həmin usta ona bu maşını almaq istədiyini bildirdi. O, usta ilə maşının qiymətini 700 manata satmağa razılaşmışdır. Bundan sonra cavabdeh qardaşı Cavabdeh ona məxsus maşını ustaya satmaq istədiyini bilərək onun yanına gəlib maşını ustanın əvəzinə ona satmağımı xahiş etmişdir. Onlar Cavabdeh ilə maşının qiymətini 700 manata razılaşmışlar. Bundan sonra maşını həmin ustadan alaraq başqa bir ustanın yanına təmirə aparmışlar. Cavabdeh ondan xəbərsiz maşını ustadan çıxarmış və idarə edərkən qəza törətmişdir. Bu zaman cavabdeh maşınla birlikdə Quba rayon Polis şöbəsinə aparılmışdır. Onlar Quba rayon Polis şöbəsinə getmişlər. Burada cavabdeh ondan maşının texniki pasportunu və etibarnaməni alaraq Polis şöbəsinə tək getmişdir. Bir neçə saat sonra Polis şöbəsindən çıxaraq artıq sənlik iş yoxdur deyib saat 16:00-da maşını çıxaraçağını bildirmişdir. Lakin günlər keçməsinə baxmayaraq maşın yenə Polis şöbəsində qalmışdır. O, bu barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra özü Quba rayon Polis şöbəsinə getmişdir. Buradan maşının 80 manat məbləğində cəriməsi olduğu bilirildi. O, cavabdehə cəriməni ödəməsini desə də, cavabdeh buna əməl etməmişdir. Bundan sonra həmin cəriməni ödəmişdir. Daha sonra cavabdeh maşının pulundan ona 350 manat ödəmişdir. Bundan sonra o, maşının cavabdeh tərəfindən idarə edilərək daha 270 manat məbləğində cərimə olunduğunu öyrənmişdir. Cavabdehə bunu dediyi zaman onu zəng edərək çağırdı və maşının içində onu boğaraq təhqir etdi ona xəsarətlər yetirdi. Hazırda cavabdehin ona olan borcu 520 manat məbləğində təşkil edir. Dəfələrlə cavabdehə maşınını qaytarması və borcunu ödəməsini desə də, o bundan imtina edir ona xəsarət yetirməyə çalışır. Buna görə də cavabdehdən pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, qardaşı İddiaçı 700 manata aldığı maşının borcundan ilkin olaraq 100 manat iddiaçıya pul vermişdir. Maşının təmirinə 400 manat xərcləmişdir. 2017-ci ildə Quba rayonu Kürkün kəndindən gələrkən maşının tormozu tutmayıb maşın qəza nəticəsində əzilmişdir. Maşına yazılmış 270 manat məbləğində cərimə maşın onun qeyrirəsmi istifadəsində olanda yaranıb. Sonradan iddiaçıya 300 və 50 manat pul vermişdir. Maşın il yarım DYP-nin cərimə meydançasında qalmış, 2019-cu ilin aprel-sentyabr aylarında maşını pulsuz başqasının istifadəsinə vermişdir. Həmin şəxs də maşını 400 manata başqa birisinə satmışdır. Maşın qeyri-rəsmi olaraq onun istifadəsində olub. İddianın rədd olunmasını xahiş edir. İş materillarına əlavə edilmiş 16 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədr edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 09.08.2021-ci il tarixli, 6024 saylı qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında 10 avqust 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 09.08.2021-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. Məhkəmə təhqiqatı zamanı Cavabdeh İddiaçı məxsus 520 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 520 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. İddiaçı, 620 manat əsas borc tələb etsə də, məhkəmə təhqiqatı zamanı, həmçinin iddiaçının özünün izahatı və Cavabdeh izahatından müəyyən olunur ki, Cavabdeh İddiaçı 520 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh tələb olunan 520 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 520 manat, hüquqi yardım ilə əlaqədar 50 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh 520 manat, hüquqi yardım ilə əlaqədar 50 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı verilsin, iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar