Məhkəmə qərarları › İş №2(027)-1846/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1846/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1846/2022 21.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və ”Unibank” KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nə və 3-cü şəxs ”Unibank” KB ASC-nə qarşı “ödənilmiş pul vəsaitinin geri tələb edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac keçirilərkən "xxxx" KB ASC tərəfindən hərraca çıxarılmış əmlakın dəyərindən cavabdehlər hərracın sifarişçisi Cavabdeh1 hesabına 26 noyabr 2018-ci il tarixdə köçürülmüş 9612.18 manat və 03 may 2019-cu il tarixdə köçürülmüş 5333.71 manat məbləğində pul vəsaitinin, eləcə də, hərrac təşkilatçısı olan Cavabdeh2-dən 26 noyabr 2018-ci il tarixdə köçürülmüş 9454.45 manat və 1701.08 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın əsaslı olduğunu və təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Quba rayon Məhəkəməsinin 2(027)-254/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 27 yanvar 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 8149,17 ABŞ dolları əsas, 633,90 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, cəmi 8833,07 ABŞ dolları, xx.xx.2016cı il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 3300 ABŞ dolları əsas, 266,36 ABŞ dolları faiz borcu, cəmi 3566,36 ABŞ dolları məbləğində pul tutulduğu anda mərkəzi bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə yaranmış 4993,94 manat əsas, 613,85 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 5657,79 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qalan hissədə cavabdeh X3 və İddiaçı müştərək qaydada xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 101216,47 ABŞ dolları məbləğində pul tutulduğu anda mərkəzi bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə "xxxx" KB ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X7 mülkiyyət hüququ ilə məxsus olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsinə yönəldilməsi və ipoteka predmetinin satılması, iddia tələbinin rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamələrə əsasən Quba şəhəri, 22-ci məhəllədə yerləşən və X7 mülkiyyət hüququ əsasında məxsus olan qeyriyaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 tərəfindən Quba rayonu İcra və Probasiya Şöbəsinin sifarişi əsasında sonuncu hərracdan 25% aşağı olan 223.125 manat dəyərində qiymətləndirilərək hərracdan satılaraq "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Bildirir ki, Quba rayon Məhkəməsinin 2(027)-255/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolu və 07 noyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd edir ki, hərrac keçirilərkən 26 noyabr 2018-ci il tarixdə hərracda, onlara məxsus qeyri-yaşayış obyektinin dəyərinin hesabına "xxxx" KB ASC tərəfindən Cavabdeh1 hesabına satıcı kimi xeyrinə 7% olmaqla 9612.18 manat pul vəsaiti tutulmuşdur. Bundan başqa yenə də 03 may 2019-cu il tarixdə Cavabdeh1 xeyrinə 5333.71 manat onların pul vəsaitindən alınaraq sifarişçinin hesabına "xxxx" KB ASC tərəfindən köçürülmüşdür. Hərrac keçirilərkən 26 noyabr 2018-ci il tarixdə hərracı keçirən "xxxx" MMC-nin hesabına onlara məxsus əmlakın dəyərindən 9454.45 manat və 1701.80 manat pul vəsaiti "xxxx" KB ASC tərəfindən köçürülmüşdür. Hesab edirik ki, Quba rayon məhkəməsinin qətnaməsinə əsasən hərracın nəticələri ləğv edildiyindən, onların əmlakının dəyərindən "xxxx" KB ASC tərəfindən 26 noyabr 2018- ci il tarixdə Cavabdeh1 hesabına köçürülmüş 9612.18 manat və 03 may 2019-cu il tarixdə köçürülmüş 5333.71 manat məbləğində pul vəsaitinin, eləcə də, "xxxx" KB ASC tərəfindən «X4 MMC-nin hesabına köçürülmüş 9454.45 manat və 1701.08 manat pul vəsaiti ona geri qaytarılmalıdır. İş üzrə üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X8 iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirdi. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh1 icra məmuru X10 iddianı qismən qəbul etdiklərini bildirmiş və bu barədə iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edərək, ərizədə göstərmişdi ki, vətəndaş İddiaçı Cavabdeh1nə qarşı qaldırdığı iddia əsassızdır və qismən təmin edilməlidir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(105)-417 saylı icra sənədinə əsasən X1 və İddiaçı cəmi 109850,65 ABŞ dolları məbləğində borc alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Tələb ipoteka predmeti olan X7 mülkiyyət hüququ ilə məxsus olan, Quba şəh, 22-ci məhəllə qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsinə yönəldilməli və ipoteka predmetinin ilkin satış qiyməti 350000 manat olmaqla hərracda satılmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcraat zamanı borc könüllü icra müddətində ödənilmədiyindən tələbin yönəldiyi əmlak hərraca çıxarılaraq satılmış və əmlak satışından artıq qalan pul vəsaiti alıcı tərəfindən Cavabdeh1 xüsusi depozit hesabına köçürülmüşdür. Eləcədə əmlak satışı zamanı “İcra haqqında” Azərbaycan Respublikası qanunun 78-ci maddəsnin tələblərinə uyğun olaraq borcludan 5333.71 manat məbləğində 7% icra ödənişi tutulmuşdur. Əmlak satışından artıq qalan 9612,18 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına qaytarılmasına etiraz etmir, lakin 5333.71 manat məbləğində 7% icra ödənişinin tutulması tam qanuni əsaslarla həyata keçirildiyindən həmin hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh «X4 MMC-nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdeh «X4 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı “hərracın yekunları barədə protokolu” və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 noyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Quba şəhəri, 22-ci məhəllədə yerləşən və X7 mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 tərəfindən Quba rayonu İcra və Probasiya Şöbəsinin sifarişi əsasında sonuncu hərracdan 25% aşağı olan 223.125 manat dəyərində qiymətləndirilmiş və hərracdan satılaraq "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-255/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolu və 07 noyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 33378 nömrəli ödəniş tapşırığından görünür ki, hərracı keçirən Cavabdeh2-nin hesabına "xxxx" KB ASC tərəfindən X7 məxsus əmlakın dəyərindən 9454.45 manat və 1701.80 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 33378 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" KB ASC tərəfindən X7 məxsus əmlakın dəyərindən Cavabdeh1 hesabına satıcı kimi xeyrinə 9612.18 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 03 may 2019-cu il tarixli 33378 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" KB ASC tərəfindən X7 məxsus əmlakın dəyərindən 7% olmaqla Cavabdeh1 hesabına 5333.71 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Kreditlərin İnzibatçılığı şöbəsinin eksperti Eldar Rzayev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışlardan məlum olur ki, X6 27 yanvar 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 09/14 saylı və xx.xx.2016-cı il tarixli 09UB/16 saylı kredit müqavilələri üzrə yaranmış əsas borcu, faiz borcu, xidmət haqqı və dövlət rüsumu tam ödənilmiş, "xxxx" KB ASC qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, hərrac keçirilərkən ”Unibank” KB ASC tərəfindən hərraca çıxarılmış əmlakın dəyərindən hərracın sifarişçisi Cavabdeh1 hesabına xx.xx.2018-ci tarixdə köçürülmüş 9612.18 manat, xx.xx.2019-cu il tarixdə köçürülmüş 5333.71 manat və hərrac təşkilatçısı Cavabdeh2-nə xx.xx.2018-ci il tarixdə köçürülmüş 9454.45 manat və xx.xx.2018-ci il tarixdə köçürülmüş 1701.08 manat pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hərrac keçirilərkən ”Unibank” KB ASC tərəfindən hərraca çıxarılmış əmlakın dəyərindən hərracın sifarişçisi Cavabdeh1 hesabına xx.xx.2018-ci tarixdə köçürülmüş 9612 (doqquz min altı yüz on iki).18 manat, xx.xx.2019-cu il tarixdə köçürülmüş 5333 (beş min üç yüz otuz üç) manat 71 qəpik və hərrac təşkilatçısı Cavabdeh2-nə xx.xx.2018-ci il tarixdə köçürülmüş 9454 (doqquz min dörd yüz əlli dörd) manat 45 qəpik və xx.xx.2018-ci il tarixdə köçürülmüş 1701 (min yeddi yüz bir) manat 08 qəpik pul vəsaiti İddiaçı geri qaytarılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar